vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
REGİON  
14:48 | 3 oktyabr 2017 | Çərşənbə axşamı Məqaləyə 1758 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Bizə bundan sonra Aİ üzvlüyü lazım deyil»

Ərdoğan: «Biz bu məsələdə birinci geri çəkilən tərəf olmayacağıq»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Express» yazır ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan «bizim daha Avropa İttifaqına ehtiyacımız yoxdur», deyib.Qəzet bu bəyanatın, Türkiyənin Aİ-yə üzvlük üçün ərizəsini geri götürə biləcəyinin siqnalı kimi də yozula biləcəyini yazır.

Məqalədə deyilir ki, Türkiyə Avropa İttifaqı üzvlüyü üçün son 12 ildə danışıqlar aparıb.

Brüssel və Ankara 2015-ci ildə Avropada sığınacaq ala bilməyənlərin Türkiyəyə qaytarılmasına dair saziş imzalayanda, Türkiyənin ittifaq üzvlüyünə son dərəcə yaxınlaşdığı söylənirdi.

Lakin sonralar Aİ ilə Türkiyə arasındakı münasibətlər Brüsselin Ankaranı insan haqlarının vəziyyətini tənqid etməsinə görə pisləşdi.

İndi isə ötən bazar günü Ərdoğan Türkiyə parlamenti qarşısında deyib: «Bizə bundan sonra Aİ üzvlüyü lazım deyil».

Bununla yanaşı Türkiyə lideri işarə edib ki, onun ölkəsi ittifaq üzvlüyü ideyasından tamamilə əl çəkməyib və o, əlavə edib: «Biz bu məsələdə birinci geri çəkilən tərəf olmayacağıq».

Lakin o həm də qeyd edib ki, Türkiyə Avropa İttifaqının tamhüquqlu üzvü olmaq istəyir.

Türkiyənin Avropa İttifaqı ilə danışıqları 2005-ci ildən başlanıb, lakin sonrakı illərdə dəfələrlə dalana dirənib.

Brüssel və Ankara arasında 2015-ci ildə imzalanmış miqrant sazişinə əsasən Türkiyəyə daha liberal viza rejimi və sürətli inteqrasiya şansı verilməliydi.

Amma 2016-cı ildə baş tutmamış çevriliş cəhdinin ardınca baş verənlər Türkiyəni Aİ üzvlüyü məqsədindən xeyli uzaq salıb.

O vaxtdan bəri bu çevriliş cəhdi ilə əlaqədə şübahəli bilinən on minlərlə insan həbs edilib, Ərdoğanın səlahiyyətlərini ifrat dərəcədə genişləndirən referendum keçirilib.

Almaniya kansleri Angela Merkel bildirib ki, «Türkiyə demokratik dəyərlərdən böyük sürətlə uzaqlaşır».

Ötən il Avropa Parlamenti Türkiyə ilə danışıqların dayandırılması barədə qətnamə qəbul edib.

Türkiyə lideri habelə Aİ-ni terrorçulara sığınacaq verməkdə ittiham edib.