vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
BÖHRAN  
11:25 | 15 oktyabr 2017 | Bazar Məqaləyə 2611 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İraq Kərkükə əlavə qüvvə göndərir

Kürdlərə geri çəkilmək üçün «son möhlət» verilib

MÖVZU İLƏ ƏLAQƏLİ

Kürdlərin peşmərgə dəstələrinə əsasən Bağdad Kərkük şəhərində əsas mövqeləri İraq qüvvələrinə təhvil verməyi tələb edib. Bu tələbin yerinə yetirilməsi üçün verilmiş möhlət yerli vaxtla saat 02:00-da başa çatır.

Ötən gecə mübahisəli ərazi yaxınlığında kürd qüvvələrilə İraq hökumətini dəstəkləyən şiə döyüşçüləri arasında toqquşmalar baş verib.

İraq Kürdüstan Regional Hökumətinin (İKRH) müstəqillik referendumundan sonra bölgədə gərginlik artmaqdadır.

Bağdad, Türkiyə, İran, Aİ və ABŞ referendumun nəticələrini tanımayıb.

Çümə axşamı günü İraq höküməti Kərkükə daxil olmaq niyyətində olmadığını bildirib.

Bağdad və kürdlər Kərkük kimi əhalisi qarışıq olan bölgələrin statusu üzərində 2003-cü ildən bəri mübahisə edir.

Kərkük əyalətində kürdlərin əksəriyyətdə olduğu hesab edilir, hərçənd ki, Kərkük şəhəri çoxsaylı türkman və ərəb icmasına sahibdir.

Peşmərgələr Kərkükə 2014-cu ildə daxil olublar.