vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
BÖHRAN  
19:19 | 16 oktyabr 2017 | Bazar ertəsi Məqaləyə 2295 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Türkiyədən Şimali İraqa yeni sanksiya

İraq ordusu ilə peşmərgə arasında döyüş oldu, şəhər tamamilə rəsmi Bağdadın əlinə keçdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Oktyabrın 15-indən hərbi əməliyyata başlayan İraq ordusu peşmərgə qüvvələri ilə qarşıdurmadan sonra şəhərdə nəzarəti ələ keçirib. «Sky News Arabia» xəbər verir ki, İraqın baş naziri Heydər əl-Abadi Kərkük və digər mübahisəli bölgələrdə İraq bayrağı qaldırılması təlimatını verib. Hazırda İraq ordusu Ərbil-Kərkük və Süleymaniyyə-Kərkük yollarının nəzarətini ələ keçirməkdədir.

İraq Kürd Regional Hökumətinin rəhbəri Məsud Bərzani peşmərgə qüvvələrinə müraciət edərək onları İraq rəhbərliyinə tabe olmağa çağırıb.

Peşmərgə qüvvələri Kərkükün cənubundakı mövqelərdən geri çəkilib.

 

***

 

Türkiyənin hava sahəsi Şimali İraq Kürd Muxtariyyətinə bağlanacaq.

APA TV-nin məlumatına görə, prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə keçirilən toplanan Milli Təhlükəsizlik Şurasında hava sahəsinin muxtariyyətə bağlanması və İbrahim Halil gömrük məntəqəsinin mərkəzi İraq hökumətinin nəzarətinə verilməsi prosesinin başlanması hökumətə tövsiyə olunub. Eyni zamanda rəsmi Ankaranın İraqın siyasi birliyi və ərazi bütövlüyünün qorunmasının tərəfdarı olduğu bir daha vurğulanıb.

Bu arada İraq ordusu Kərkük valiliyinin binasını döyüşsüz alıb. «Reuters» agentliyinə iraqlı rəsmi şəxs Kərkükdə qısa zamanda neft istehsalına başlanacağını deyib.

«France-Presse»in xəbərinə görə,  İraq ordusu və kürd silahlıları arasında baş verən döyüşlərdə 10 peşmərgə öldürülüb. Kərkükdən çoxlu sayda mülki şəxsin digər bölgələrə qaçdığı qeyd olunur.