Kürdlərin sınan müstəqillik ümidi
Kərkük İranla ABŞ arasında gedən geosiyasi yarışın predmeti olub
MÖVZU İLƏ ƏLAQƏLİ
-
İraqda İŞİD liderləri öldürülüb
Əməliyyatın balansı 15 gündən sonra açıqlanıb
-
Pezeşkianın ilk xarici səfəri
İran prezidenti İraqın müqəddəs şəhərlərini də ziyarət edəcək
-
ABŞ qoşunları İraqdan çıxarılır
Rəsmi Bağdad müddətin uzatılmasını rədd etdi
-
“Narahatlıq yaradacaq heç nə yoxdur”
İraq öz atmosferində meteoritin yandığını təsdiqləyib
-
Ənbar səhrasında “acı zərbə”
İraq-ABŞ birgə əməliyyatında İŞİD komandirləri öldürülüb
-
İraqda dinləmə qalmaqalı
İki yüksək səviyyəli liderin telefonlarına qulaq asan şəbəkə aşkarlanıb
-
Kürd və İran yaraqlıları arasında gərginlik
Haşd əş-Şaabi Təlabaninin partiyası KYB-nin nəzarətində olan neft bölgəsinə daxil olub
-
TSQ İraqı tərk etmir
“Ankara Bağdadla birgə təlim mərkəzinin yaradılması haqqında razılıq əldə olunub”
-
İranda avtobus aşıb
28 nəfər ölüb, 23-si yaralanıb
-
Nota verildi
Britaniya səfirinin sözləri diplomatik insident yaratdı
-
Yaxın Şərqdə vurhavur
ABŞ İraqda İranın dəstəklədiyi qüvvələrə zərbələr endirib
-
Bağdad tələb edir
ABŞ qoşunları İraqdan çıxarılır?
-
İŞİD dirilir?
Terrorçular İraqdakı aviabazaya iki pilotsuz təyyarə ilə hücum edib
-
Səddam “dirilir”?!
İraq parlamentində diktator və qadağan olunmuş partiya ilə bağlı qalmaqallar
-
18 min tarixi əsər qaytarılıb
20 il əvvəl talan edilən İraq muzeylərinin artefaktları ...
-
... Xomeyniçilik
“İrana biət”ə dəvət edən siyasi ideologiya ...
«Financial Times» qəzetinin beynəlxalq işlər redaktoru Deyvid Qardner (David Gardner) yazır ki, sentyabrın 25-də keçirilmiş referendumla qol-qanad açan kürd müstəqillik arzuları ötən bazar ertəsi İran tərəfindən dəstəklənən İraq qüvvələri Kərkükü alandan sonra «çiliklənərək yerə tökülüb».
Məqalədə deyilir ki, neftlə zəngin Kərkük ərəblər və kürdlər arasında Yaxın Şərqi parçalayacaq daha bir müharibənin cəbhə xəttinə çevrilə bilər.
Lakin Qardnerin fikrincə, Kərkük təkcə ərəblərlə kürdlərin arasında deyil, həm də İranla ABŞ arasında gedən geosiyasi yarışın predmeti olub. Bu hadisənin xüsusilə də, Trampın İranla nüvə sazişini ləğv edəcəyi ilə hədələdiyi bir vaxta təsadüf etməsi maraq doğurur.
FT yazır ki, Trampın hədələri yayğın idi, amma İran bir neçə cəbhədə qətiyyətli addımlar atmağa hazır idi.
Məqalədə deyilir ki, muxtar Kürdüstan Regional Hökumətinin (KRH) başçısı Məsud Bərzani Kərkükü də kürd müstəqilliyi referendumuna daxil edəndə bunun tezalışan məsələ olacağı aydın idi.
Buna görə də təkcə Bağdad hökuməti deyil, KRH-nin bütün qonşuları referendumun keçirilməməsi üçün xəbərdarlıq etmişdilər. Qardner yazır ki, ümumilikdə 30 milyon kürdə məskən olan Türkiyə, İran, İraq və Suriya öz aralarında çox sayda fikir ixtilafının olmasına baxmayaraq kürd məsələsində bir məxrəcə gəlməyi bacardılar.
Onlar ilk növbədə Bərzaninin keçirməyə can atdığı referendumdan doğan qığılcımın onların özlərinin kürd əhalilərini alovlandıracağından narahat idilər.
Buna baxmayaraq İraq və Suriyanın gələcəkdə də unitar bir dövlət olaraq qalacağı şübhə doğurur. Suriyada 6 ildir ki, davam edən müharibə artıq ölkəni bir çox hissələrə bölüb. İndi burda, Türkiyə Respublikasının «qarnının altında» Kürd Demokratik İttifaqı - PYD-nin nəzarətində olan böyük muxtar ərazi var.
PYD Kürdüstan İşçi Partiyası və ya PKK-nın Suriya qolu olaraq tanınır. Məhz buna görə də Türkiyə Əsəd rejiminə qarşı döyüşən islamçılardan dəstəyini geri çəkərək səylərini PYD-nin nəzarətində olan ərazilərin birləşməsinin qarşısını almağa yönəldib.
Öz növbəsində Tehran İraq kürdlərinin keçirdiyi müstəqillik referendumunu ABŞ-ın qəsdi hesab edir. Tehran bu qənaətdədir ki, Amerika İrandakı sünni kürd azlığını ayağa qaldırmağa cəhd göstərir.
Kərkükün özü də qarışıq məsələdir. Onun gələcək statusu 2007-ci ildə keçirilməli olan referendumda həll olunmalıydı, lakin bu referendum keçirilmədi.
KRH-nin peşmərgə qüvvələri Kərkükü 2014-cü ildə İraq ordusu İŞİD-in qabağından qaçanda zəbt etmişdi.
Məqalədə deyilir ki, kürdlər Kərkükə yəhudilərin Yerusəlimə baxdıqları müqəddəsliklə baxırlar.
Onlar iddia edirlər ki, Səddam Hüseynin etnik təmizləmə siyasəti bu regiondakı demoqrafik vəziyyəti ərəb və türkmənlərin xeyrinə dəyişib. Və ən nəhayət Kərkük özünün zəngin neft yataqları ilə əhəmiyyətlidir. KRH-nin neft-qaz ixracatının yarısı burdan gəlir.
Amma indi hər şeydən mühüm olan Kərkükün Tehran, Bağdad və Ankaranı birləşdirməsidir.
İraqın KRH-yə qarşı hücum əməliyyatının özəyini Xalq Səfərbərlik Qüvvələri təşkil edib. Bu şiə silahlı birləşmələrinin İran İslam Keşikçiləri Korpusunun birbaşa komandanlığı altında olduğu məlumdur.
Burada aparıcı rolu korpusun Qüds qüvvələri və onun generalı Qasım Süleymani oynayır.
FT yazır ki, Əsəd qüvvələrinin Fərat vadisi boyunca İŞİD-in nəzarətində olan Deyr əz-Zaura hücumunun da arxasında inqilab keşikçiləri dururdular.
Bu işdə İslam İnqilabı Keşikçilərinin əsas müttəfiqi Livanın Hizbullah təşkilatı idi. Bu qüvvələr ABŞ tərəfindən dəstəklənən Suriya kürdlərinin PYD peşmərgələrinə qarşı mövqe tutub.
Ötən cümə İrana bağlı qüvvələr Məyadin şəhərini ələ keçiriblər. Beləliklə Tehranın Aralıq dənizinə şiə zolağı ilə dəhliz açmaq ambisiyaları gerçəkləşməyə yaxındır.
FT yazır ki, ABŞ İraq və Suriya kürdlərini dəstəkləsə də İraqın kürd siyasətində aparıcı rolu İran oynayır. General Süleymani tez-tez təkcə şiələrin üstünlük təşkil etdiyi Bağdadda deyil, həm də Tehranın müttəfiqi olan Kürdüstan Vətənpərvərlər İttifaqının (PUK) Süleymaniyyədəki bazasında olur.
Buna qəti inanılır ki, İraq qoşunlarının Kərkükü tutmasına PUK kürdlərinin bir kənara çəkilməsi imkan yaradıb.
Maraqlıdır ki, İran NATO müttəfiqi Türkiyəni də özünün antikürd planlarına cəlb edə bilib.
Ötən çərşənbə axşamı İraqın şiə qüvvələri Sincara doğru irəliləyib. Bura İŞİD-in məhv etməyə çalışdığı yezidilərin məskəni sayılır.
Qardner yazır ki, məhz buna görə də İran və Türkiyə hazırda ABŞ-la ən pis qarşıdurma vəziyyətindədirlər.