vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
REGİON  
20:00 | 29 oktyabr 2017 | Bazar Məqaləyə 2323 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bərzani istefa verir

Prezident və parlament seçkiləri təxirə salındı, Ərbildə atəş səsləri…

MÖVZU İLƏ ƏLAQƏLİ

İraqdakı Kürdüstan regionu Bağdadın tabeçiliyindən çıxmağa cəhd göstərdiyi bir dövrdə, muxtariyyətin prezidenti Məsud Bərzani vəzifəsindən istefa verəcəyini açıqlayıb.

Kürdüstan regional parlamentinə ünvanladığı məktubunda Bərzani bildirib ki, 4 gündən sonra bitəcəyi vəzifə müddətinin uzadılmasına çalışmayacaq.

Kürdlər ötən ay İraqın tərkibindən çıxmağa səs verdikdən sonra, İraqın hökumət qoşunları kürdlərin əlində olan neftlə zəngin əraziləri hərbi əməliyyat nəticəsində tutaraq, Bağdadın həmin yataqlara nəzarətini bərpa edib.

Bərzaninin məktubu Kürdüstan parlamentində deputatların müzakirəsinə verilib.

Xəbərlərə görə, Bərzaninin məktubu parlamentdə oxunduğu zaman İraq Kürdüstanının paytaxtı Ərbildə atəş səsləri eşidilib.

Bərzani məktubunda parlamentdən onun, vəzifədən gedəcəyindən sonra, yaranacaq «hakimiyyət boşluğunu doldurmağı» xahiş edib

Məktubunda o, peşmərgə və kürd döyüşçüsü olaraq «Kürdistan xalqının nailiyyətlərini müdafiə etməkdə davam edəcəyini» bildirib.

Bərzani 2005-ci ildən, İraqda Səddam Hüseyn devrildikdən sonra, Kürdüstan muxtariyyətinin yaradılmasında mühüm rol oynayıb.

Bu ayın əvvəlində İraq hərbiyyəsi neftlə zəngin olan Kərkük vilayətini tutandan sonra Bərzani istefa vermək çağırışları ilə üzləşib.

Kərkük əməliyyatı başlayandan noyabrın 1-ə təyin olunmuş prezident və parlament seçkiləri təxirə salınıb.