vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
AKTUAL  
18:53 | 6 noyabr 2017 | Bazar ertəsi Məqaləyə 2032 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Mafiyanın yeni lideri

«1 nömrəli vor zakon» postuna namizəd müəyyən olundu

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiyada həbsdə olan «Şakro Moldooy» ləqəbli «Bir nömrəli vor zakon» Zaxari Kalaşovun klanında onun yerinə müvəqqəti namizədin kimliyi müəyyənləşib. Virtualaz.org «Rosbalt»a istinadən xəbər verir ki, bu «Vasya Voskres» ləqəbli Vasili Xristoforovdur.

Vasili Xristoforov əvvəlcə «Ded Xasan»ın klanında «mühasib» funksiyasını yerinə yetirib, kriminal qruplaşmanın «obşak»ına baxıb və bu işdə qüsursuz imicə malik olub.

«Şakro Molodoy» 2016-cı ildə həbs olunub, onu uzunmüddətli həbs cəzası gözləyir. «Şakro»nun həbsindən sonra onun varisinin kim olacağı barədə müzakirələr aparılırdı, qərar isə qəbul olunmamışdı. Çünki mafiya inanırdı ki, «Şakro» hansısa yolla azadlığa çıxacaq. Lakin indi tam əminlik yaranıb ki, «Şakro» yaxın gələcəkdə azadlığa çıxa bilməyəcək.

«Şakro»nun həbsindən sonra mafiyanın yeni rəhbərliyini üç «vor zakon»dan ibarət triumvariat formalaşdırmalıydı. Bunlar «Tyurik» ləqəbli Vladimir Tyurin, «Piçuqa» ləqəbli Yuri Piçuqin və «Laşa Rustavski» ləqəbli Laşa Şuşanaşvili idi. Hesab edilirdi ki, «Şakro» azadlığa çıxmasa mafiyanın operativ fəaliyyətinə «Piçuqa» rəhbərlik edəcək, «Tyurin» lider olacaq, Laşa isə klanın xaricdəki nümayəndəsi olacaq. Ancaq bu planlar pozuldu. «Piçuqa» çoxsaylı ağır ittihamlarla həbs edildi. «Tyurik» bu günlərdə Ukraynaya qaçmış rusiyalı deputat Denis Voronennikovun qətlinə görə media qəhrəmanına çevrildi. Məlum oldu ki, həmin sui-qəsdi FTX «Tyurik»ə sifariş verib. Nəticədə bu cür məşhur adamın mafiya lideri olması mümkünsüz işə çevrildi. Laşa isə İsveçrədə rahat yaşamaqda ikən yenidən «üzə qayıtmağa» həvəsli deyil.

Nəhayət müzakirələrdən sonra «Vasya Voskeres»n namizədliyi üzərində qərarlaşıblar. Ancaq «Vasya Voskres» özü hələlik «Şakro»nun səlahiyyətlərini icra etməyə razılıq verməyib. «Rosbalt» yazır ki, «Şakro»nun klanı tələsməlidir. Çünki son vaxtlar «Edik Osetrin» ləqəbli «vor zakon» Eduard Asatryan çox fəallaşıb. O, «Vasya»nın çoxdankı düşmənidir və Moskvada güclü klan formalaşdırır. Habelə azərbaycanlı məşhur kriminal avtoritet «Lotu Quli» də azadlığa çıxıb və «Bir nömrəli vor» olmaq ambisiyalarını gizlətmir. Hazırda «Quli» Türkiyədədir. Ötən həftə ona qarşı sui-qəsd planının üstü açılıb.