vaxtlı-vaxtında oxuyun! Cümə, 29 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
14:12 | 13 noyabr 2017 | Bazar ertəsi Məqaləyə 1245 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rusiyada alver ölür

Müflis olanların sayı kəskin artır

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiyada müflis olma halları rekord səviyyəyə yaxınlaşıb. 2015-ci ilin böhran göstəricilərini üstələyib. Yalnız 2009-cu ilin tarixi maksimumundan azca geri qalır.

Makroiqtisadi Analiz və Qısamüddətli Proqnozlaşdırma Mərkəzi bildirir ki, bu ilin üçüncü rübündəki müflis olma halları ikinci rüblə müqayisədə 3 faiz artıb. Ötən ilin uyğun dövrü ilə müqayisədə isə 12,4 faiz artma müşahidə edilir.

İqtisadçılar hesab edirlər ki, bunun əsas səbəbi odur ki, müştərilərin tələbatı zəifləyib. Ölkə əhalisinin gəlir səviyyəsi 12 rüb dalbadal azalmaqdadır. Statistika Komitəsinin məlumatına görə, təkcə bu ilin əvvəlindən ölkə əhalisinin gəlirləri 1,2 faiz azalıb.