vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
REGİON  
17:10 | 21 fevral 2019 | Cümə axşamı Məqaləyə 2990 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Krımın işğalı nələri dəyişdi?

Rusiyanın siyasətində separatizmə dəstəyin davam edəcəyi sübut olundu

Elxan ŞAHİNOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiyanın Krımı işğal etməsindən 5 il keçdi. Buna qədər Rusiya 2008-ci ildə Gürcüstana hərbi müdaxilə edərək Abxaziya və Cənubi Osetiyanın rəsmən işğal etmişdidi. Ancaq bu işğala görə Rusiyaya qarşı sanksiya tətbiq olunmadı. Görünür, Moskva bunu Qərbin zəifliyi kimi qəbul edərək “Abxaziya və Cənubi Osetiyanı işğal edəndə bizə nə dedilər ki, indi Krımı işğal etsək nəsə deyə bilsinlər” deyərək 2014-cü ilin fevralına eyni üsulla Krımı işğal etdi.

Abxaziya və Cənubin Osetiyanın işğalına seyrçi qalan Qərb ölkələri bu dəfə hərəkətə keçdilər və Rusiyaya qarşı sanksiyalar tətbiq etdilər. Kremldə düşünürdülər ki, işğaldan sonra Krımda referendum keçirməklə bu yarımadanın Rusiyaya biləşdirilməsini rəsmiləşdirməklə Qərblə münasibətlərdə problem yaşamayacaq. Ancaq hesablar yanlış çıxdı. 5 il bundan əvvəl Rusiyaya qarşı tətbiq olunan sanksiyalar bu gün də davam edir.

Kreml Krımı işğal etməklə bütün qırmızı cizgiləri aşdı. Rusiyanın Krımı işğal etməkdə əsas arqumenti bu idi: “Krım həmişə Rusiyanın tərkibində olub”. Sanki tarixdə Krım xanlığı olmayıb və ya yarımada tatarların tarixi vətəni deyil. Bu baxımdan Rusiyanın yaxın müttəfiqi Belarus prezidenti Aleksandr Lukaşenkonun reaksiyası maraqlı idi: “Əgər Moskvanın Krımı Rusiyaya qatması məntiqini qəbul etsək, onda gərək Rusiyanın yarısı monqol-tatarlara məxsus olsun”. Lukaşenko bunu həm də ona görə söyləyirdi ki, bir gün Kremlin Belarus torpaqlarına da gözü düşə bilərdi.

Bəli, 1921-ci ildən 1954-cü ilə qədər Krım sovet Rusiyasının tərkibində olub. Ancaq SSRİ-nin o zamankı lideri Nikita Xruşşov yarımadanın Ukrayna ilə quru sərhədinin olmasından çıxış edərək Krımı Ukrayna SSRİ-nin tərkibinə qatıb. Bu rusiyalı rəsmilərin və Kremlə yaxın ekspertlərin dediyi kimi “hədiyyə” deyildi, bu məntiqlə hesablaşmaq idi. Rusiya ilə quru sərhədi olmayan Krımın suvarılma sistemi və kənd təsərrüfatı Ukrayna ilə sıx əlaqəli idi. Məhz ona görə Krım elə bu gün də yarımada adlanır, çünki adanın quru hissəsi Ukraynaya bağlıdır.

Rusiya prezidenti Vladimir Putin Krımın ilhaqına belə haqq qazandırır: “Tarixi ədalət bərqərar olunub”. Ancaq Putinin bu qərarı beynəlxalq aləmə, bölgəyə və elə Rusiyanın özünə aşağıdakı çətinliklər gətirib:

Birincisi, 2014-cü ilə qədər qardaş adlandırılan Rusiya-Ukrayna münasibətləri gərginləşdi və bundan sonra Ukraynada prezident dəyişsə belə Krımın işğalına görə Kiyevin Moskva ilə əvvəlki isti münasibətlərini bərpa edəcəyi problematikdir.

İkincisi, Qərbin Rusiyaya qarşı sanksiyaları Krımın işğalı davam etdikcə ortadan qaldırlmayacaq. Aydındır ki, Kreml heç bir halda Krımı geri qaytarmayacaq, demək Rusiyaya qarşı sanksiyalar da davam edəcək. Sanksiyaların davamı isə Rusiyanın Qərblə normal münasibətlərdən məhrum edib. Sanksiyalar Rusiya iqtisadiyyatına mənfi təsir edir.

Üçüncüsü, Krımın ilhaqı olmasaydı, bu gün beynəlxalq terrorizmə qarşı mübarizədə vahid mərkəz formalaşa bilərdi, ABŞ Rusiya ilə indiki qədər münaqişə içərisində olmayacaqdı, iki dövlət “soyuq müharibə” illərində olduğu kimi bir-birini uzaq mənzilli raketlərdə hədələməzdi.

Krımın işğalı onu da sübut etdi ki, Rusiyanın siyasətində separatizmə dəstək davam edəcək. Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıyır, Krımı Ukraynanın ərazisi sayır. Ona görə Krımın işğalı Azərbaycan üçün də qəbuledilməzdir. Kremlin Krımı dünyaya Rusiyanın ərazisi kimi tanıdırması siyasəti 5 ildə iflasa uğradı. Krımı Rusiya ərazisi kimi göstərən xəritələr və ya Krım istehsalı olan mallar zaman-zaman Azərbaycanda da peyda olur. Ancaq Azərbaycanın müvafiq orqanları bu təxribatların qarşısını alırlar.

“Atlas” Araşdırmalar Mərkəzi

 


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)