Ermənistanda ordudan yayınanlara «güzəşt»
Cərimə ödəyib ölkəyə qayıda bilərsən
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Hansı gizli klubun üzvləridir?!
Paşinyanın arvadı və müdafiə nazirini birləşdirən sirr
-
“İstəyirik anlayaq ki, Azərbaycan ordusu necə işləyir”
Ermənistan NATO ilə sıx əməkdaşlığın səbəbini ilk dəfə açıqladı
-
Erməni əsgər anasının fəryadı
Arus Martirosyan: “Ordumuzda vəhşilik və cinayətkarlıq hökm sürür”
-
Ermənilər özlərinə od vurur
Düşmən ordusu Naxçıvanla sərhəddə ermənilərin taxıl sahələrin yandırıb
-
“Əsgəri soymaq nə deməkdir?”
Aprel döyüşlərindən sonra Cəbrayılın kəndlərindən birinə atılmış 15 erməni hərbçinin taleyi
-
Düşmən ordusunda adam oğurluğu
Erməni əsgəri 2 il saxlayıb ailəsindən 11 min dollar alandan sonra buraxıblar
-
3 erməninin ölümünün istintaqı
Tərtər-Ağdərə istiqamətində partlayış, düşmən ordunun mayoru həbs olunacaq
-
Ağdam və Füzuli istiqamətində cəmləşmə
“Ya Ermənistan bufer zonasını qaytaracaq, ya Azərbaycan hücuma keçəcək...”
-
Ermənistan hakimiyyəti panikada
Dağlıq Qarabağdakı hərbi qüvvələr İrəvana hərəkət etdi, internet və mobil telefon xidmətləri məhdudlaşdı
-
«X-55» Ağdamda endirildi
Ordumuz Ermənistana məxsus növbəti PUA-nı məhv etdi
-
«Azərbaycan hücuma hazırlaşır»
Düşmən kəşfiyyatçısı Ermənistanı təşvişə saldı
-
«Orduda insidentlərin sayı artıb»
Separatçı generaldan etiraf: «Biz hazırkı mərhələnin yetərli olmadığını hesab edirik»
-
Ermənistanda zabit əsgəri vəhşicəsinə döydü
Voskanyan vəhşiliyi nəticəsində Minasyanın dalağını itirdi
-
Konserv qutularından kosmosa?
Düşmən Azərbaycana qarşı kosmik kəşfiyyata cəhd edir
-
Qida, geyim, yanacaq tapılmır...
Ermənistan ordusunda xaos - nəinki əsgərlər, hətta zabitlər qaçır
-
Ermənistan ordusunda əsgərlər aşağılanır
Düşmən zabitləri qoçuluq edir, dedovşina baş alıb gedir
Ermənistan parlamenti hərbi xidmət keçməmiş vətəndaşlarla bağlı qanuna düzəliş edir. Artıq parlamentdə birinci oxunuşda qəbul edilən düzəlişlərə görə, əgər vətəndaş xaricdədirsə, ordudan yayındığına görə axtarışa verilibsə, onun cinayət məsuliyyətindən azad edilərək Vətənə qayıtmasına bir şərtlə imkan yaradıla bilər.
1 dekabr 2017-ci ilə qədər 27 yaşı tamam olan şəxslərə hər buraxılan çağırışa görə 200 min dram, ümumilikdə isə 3 milyon 600 min dram (təxminən 7,4 min dollar) ödəməklə maneəsiz Vətənə qayıtmaq şansı veriləcək.
Azadlıq Radiosunun Ermənistan xidməti xəbər verir ki, bu düzəliş 2019-cu ilin sonuna qədər qüvvədə olacaq.
Xaricdəki gənclərin Vətənə qayıtmasına şərait yaratmaq üçün əvvəllər də sözügedən qanuna düzəlişlər edilib.
Amma Müdafiə Nazirliyi təklif edirdi ki, bu imkan sonuncu dəfə verilsin.
Düzəlişi müzakirə edən deputatlar qərara alıblar ki, «qapıları belə gənclərin üzünə bağlamaq olmaz» və gələcəkdə də onlara belə şans verilməlidir. Yəni gələcəkdə də belə düzəlişlər gündəmə gələ bilər.
Hakim partiyadan olan deputat Karine Açemyan deyib ki, bir çox gənclər Ermənistanı ailəsinin ağır durumuna görə tərk etməyə məcbur olublar, onları cərimə ödəyib Vətənə qayıtmaqdan məhrum etmək ədalətsizlik olardı.
Müdafiə Nazirliyi hər çağırışa görə cərimənin 500 min dram olmasını istəyirdi, amma deputatlar bu məbləği 2,5 dəfə azaldıblar. Onlar hesab edirlər ki, belə yüksək məbləğə görə gənclər Vətənə qayıtmaqdan birdəfəlik imtina edə bilərlər.
Müxalifətçi deputatlar isə parlamentdəki müzakirə zamanı bir məsələni aydınlaşdırmaq istəyiblər. Düzəlişin məqsədi gənclərin Vətənə qayıtmasına kömək etməkdir, yoxsa büdcəni doldurmaq?
Onlar hesab edirlər ki, əgər məqsəd gənclərin geri dönməsidirsə, onda ümumiyyətlə heç bir cərimə tətbiq olunmamalıdır.
Ermənistanın axtarışda olan 11 min vətəndaşının 86 faizi ordudan yayınanlardır.
Karine Açemyan isə deyib ki, əgər heç bir cərimə tətbiq olunmasa, onda dövlət bununla gənclərin xaricə axınını stimullaşdırmış olar.
«Bu insanlar qanunu pozublar, ona görə də axtarışa veriliblər», - deyib deputat.
Açemyan onu da bildirib ki, ordudan yayınanlarla bağlı qanunun tətbiqi nəticəsində indiyəcən büdcəyə 8 milyard dram (təxminən 16 milyon dollar) toplanıb və həmin məbləğ ordunun ehtiyacları üçün istifadə edilib.
Parlamentdəki müzakirəyə qatılan müdafiə nazirinin müavini Artak Zaxaryan isə deyib ki, onların məqsədi pul toplamaq deyil, düzəliş indi xaricdə olan gənclərə qarşı yönəlməyib. Sadəcə, nazirlik istəyir ki, əgər hansısa gənc gələcəkdə ordudan yayınmağı fikrindən keçirirsə, hesabını götürsün, bilsin ki, bunun yüksək cəriməsi olacaq.