Ağdam və Füzuli istiqamətində cəmləşmə
“Ya Ermənistan bufer zonasını qaytaracaq, ya Azərbaycan hücuma keçəcək...”
F.MƏMMƏDOV
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Türk qoşunları da Araza endi
Bakı mollaların körpü mesajına çayı keçməklə cavab verir
-
İsrarlı çağırış
Qarşı tərəfdən mütləq cavab olacaq
-
Çoxdan arzuladığımız silah...
XTQ-nin təlimlərində 2 vacib məqam – general Bəxtiyar Ersay və “Kargu”
-
Təlim dediyin belə olur ...
Xüsusi təyinatlılar şərti düşmən məhv edir
-
Şuşa fatehlərinin güc nümayişi
Cənubda Hikmət Mirzəyevin rəhbərliyi ilə XTQ-nin təlimi başladı
-
Rusiyanın vasitəçiliyində çatlar
Reallığı qəbul etsələr, bölgədə qala bilərlər
-
İrəvana mühüm mesaj
Azərbaycanda peşəkar hərbçilərin sayı artırılır
-
Çatlaq səslər eşidilir
Ermənistan Laçın ermənilərinə söz verib
-
26 iyun Azərbaycan Silahlı Qüvvələri Günüdür
Prezidentin sərəncamı ilə 114 hərbçiyə orden-medal, 8 nəfər isə ali rütbə verilib
-
Aydın səmanın keşikçiləri
Bir zamanlar xəyalımızdan keçməyən həmrəylik indi sıradan bir hadisə olub
-
Ölüb! Умер! Died!
Əgər ermənilər “o sizin üçün ölüb, bizim üçün diridir” təsəllisi ilə yaşayırlarsa, “status”un yanına gedə bilərlər
-
8373 hektar ərazi təmizlənib
81 128 ədəd mina və partlamamış hərbi sursat zərərsizləşdirilib
-
Ordumuz geri çəkilməyib
“Fərrux kəndi və ətraf yüksəkliklərdəki mövqelərində heç bir dəyişiklik baş verməyib”
-
“Furux deyil, Fərruxdur”
Azərbaycan Müdafiə Nazirliyidən Rusiyaya sərt cavab
-
“Qara qutu” İrəvanda peyda olub
Rusiya Azərbaycanı Qərblə üz-üzə qoymağa çalışır
-
Dumanlı havada təxribat
Separatçıların arzuları boğazlarında qaldı
Azərbaycanın təmas xəttinə qoşun cəmləşdirdiyi və hücuma hazırlaşdığı barədə Ermənistandan, eləcə də qondarma “dqr” rejimindən təşviş dolu bəyanatların ardı-arası kəsilmir. Virtualaz.org xəbər verir ki, Azərbaycan ordusunun canlı qüvvəsinin və texnikasının “intensiv cəmləşməsi” barədə videogörüntülərin yayılmasının ardınca Dağlıq Qarabağ “prezidentinin” administrasiya rəhbər David Babayan “Azadlıq” radiosunun erməni xidmətinə danışıb. Azərbaycanın 2016-cı ilin aprelindən bəri təmas xəttində ən irimiqyaslı cəmləşmə həyata keçirdiyini deyib.
D.Babayan deyir ki, aprel ayından başlayaraq Azərbaycan ordusu təmas xəttində cəmləşmə həyata keçirir, Azərbaycan ərazisinin dərinliklərində dislokasiya olunmuş hərbi birləşmələr cəbhə xəttinə yaxın yerləşdirilib və indiyə qədər geri çəkilməyib. Onun bildirdiyinə görə cəmləşmə əsasən Ağdam və Füzuli istiqamətində həyata keçirilir.
Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan isə iyunun 14-də İrəvanda keçirdiyi brifinqdə deyib ki, Azərbaycanın təmas xəttində hərbi texnika və canlı qüvvə cəmləşdirməsi hətta Minsk Qrupu həmsədrlərinin regionda səfərdə olduğu bir vaxtda davam edib. Bu da ciddi narahatlıq doğurur.
Azərbaycan Müdafiə Nazirliyi günlərdir erməni tərəfinin qaldırdığı bu hay-küyü şərh etmir və düz edir. Axı Azərbaycan ordusunun bölmələrinin ölkə əraziləri boyu hər hansı yerdəyişməsi, bölmələrin hansısa gündəlik təlim-məşq toplantıları üçün kazarmalarını tərk etməsi belə Ermənistanda qorxu yaradırsa bunu şərh etməyə, hansısa izahat verməyə nə lüzum? Azərbaycan ərazilərini işğal altında saxlayanlar daim qorxmaqda, təşviş keçirməkdə haqlıdır və hansısa izahat verib onları sakitləşdirməyə ehtiyac yoxdur.
Digər tərəfdən hərb elminə az-çox bələd olanlar bilir ki, hücuma hazırlaşan tərəf ermənilərin kvadrakopterlə çəkib yaydıqları görüntülərdə olduğu formada, yəni günün günorta çağı, heç bir maskalanma aparmadan və nümayişkarənə şəkildə cəmləşmə həyata keçirmir. Amma erməni tərəfi Azərbaycan ordusunun bölmələrinin təlim-məşq tapşırıqları üçün kazarmalarını tərk edib poliqonlara hərəkətini çəkib yaymaqla guya ayıq-sayıqlığını nümayiş etdirir.
Hansı ki, indi kvadrakopterlərlə 10-15 km. dərinlikdə çəkilişlər aparıb bunu yaymaqla heç kimi təəcübləndirmək mümkün deyil. Azərbaycan ordusunun pilotsuz kəşfiyyat təyyarələri düşmən nəzarəti altında olan bütün əraziləri az qala online izləmək imkanındadır, amma Bakı erməni qüvvələrinin məsələn, Qubadlıdan Füzuli istiqamətində hərəkətinə dair hansısa görüntüləri yayıb bundan təbliğat məqsədi ilə istifadə etmir.
Erməni tərəfinə isə bu hədsiz gərəklidir. Çünki Ermənistanın ardınca Dağlıq Qarabağdakı hərbi-polis rejimi də ciddi laxlayıb, çökmək üzrədir. Xankəndində yerli xüsusi xidmət əməkdaşlarının özbaşınalıqlarına etiraz olaraq başlayan etirazlar güc strukturlarının və “hökumətin” rəhbərliyinin istefasına gətirib çıxardı. Amma etirazlar dayanmayıb. Ermənilər keçmiş xüsusi xidmət agenti Bako Saakyanın rejiminin tamamilə istefa verməsini tələb edirlər. Hansı ki, Saakyanın 2020-ci il “seçkilərində” namizədliyini irəli sürməyəcəyi haqda bəyanatı da etirazçıları sakitləşdirməyib. İyunun 13-də müxalif “Milli dirçəliş” partiyasının Xankəndinin mərkəzində mitinq keçirməsinə icazə verilməsə də etirazçılar parklardan birinə yığışıb Saakyanın istefasını tələb ediblər.
Belə vəziyyətdə Azərbaycan qoşunlarının təmas xəttində cəmləşdirilməsi barədə hay-küy Qarabağdakı hərbi-polis rejimi üçün az qala yeganə xilas yolu kimi görünür. Ermənistanda da etirazlar başlayanda Serj Sərkisyanın komandası eyni taktikadan istifadə etdi, amma işə yaramadı.
Qatı ermənipərəst rusiyalı ekspert, MDB İnstitutunun direktor müavini Vladimir Yevseyev isə deyir ki, Azərbaycan son hərəkətləri ilə (yəni Naxçıvanda mövqelərin irəli çəkilməsi, Qarabağda qoşun cəmləşdirilməsi, yeni raketlərin nümayişi və s.) Ermənistana təzyiq göstərmək istəyir. Onun fikrincə güc aləti ilə təzyq hələ başlanğıcdır və Nikol Paşinyanın hökumətinin sınağa çəkilməsidir.
“Əgər erməni tərəfi bunlara ciddi reaksiya verməsə 2016-cı ilin aprel hərbi əməliyyatlarının təkrarı mümkündür”, - Yevseyev “Rusarminfo”ya deyir.
Ermənipərəst ekspertin fikrincə hadisələrin iki mümkün inkişaf ssenarisi var. Birinci ssenariyə əsasən Ermənistan Dağlıq Qarabağın ətrafındakı bufer zonasını (ətraf rayonları) özü qaytarır. İkinci ssenariyə əsasən Azərbaycan hərbi əməliyyatlara başlayır.
Ermənistanda bu cür təşvişin, narahatlığın hökm sürdüyü bir vaxtda Minsk Qrupu həmsədrləri İrəvanda keçirdikləri görüşlərin nəticəsi barədə bəyanatla çıxış ediblər. Diplomatların bu səfəri Ermənistanın yeni rəhbərliyi ilə tanışlıq və onların danışıqların davamına nə dərəcədə sadiq olduğunu aydınlaşdırmaq məqsədi daşıyırdı. Hansı ki, baş nazir Paşinyan bir neçə dəfə populist bəyanatlar verərək Ermənistanın Dağlıq Qarabağın adından danışıqlar aparmayacağını, “dqr”in danışıqlar masasına qayıtmalı olduğunu demişdi. Bu da elə Ermənistanın özündə də Paşinyanın opponentləri tərəfindən danışıqlardan faktiki imtina kimi dəyərləndirilmişdi.
İndi isəhəmsədrlər bəyan edir ki, Ermənistanın yeni rəhbərliyi Azərbaycanla Minsk Qrupu çərçivəsində danışıqları davam etdirməyə hazırdır. Və “çox tezliklə” xarici işlər nazirlərinin görüşünün baş tutacağı gözlənilir.