
300 nəfərlik heyət şəhərə çatmadı
Şuşanın taleyini həll edən son döyüş
Şuşanın taleyini həll edən son döyüş
XTQ-nin təlimlərində 2 vacib məqam – general Bəxtiyar Ersay və “Kargu”
Xüsusi təyinatlılar şərti düşmən məhv edir
Onların sayı görünəndən daha çoxdur
Zakir Həsənov “Efes-2018” təlimlərinin yekun mərhələsinə dəvət olunub
Müdafiə naziri şirkətin istehsal etdiyi hərbi avadanliqlar maraqlanıb
Düşmən hücumunun qarşısının alınması, genişmiqyaslı əks-hücum əməliyyatı...
General hərbi hissələrin döyüşə hazırlıq vəziyyətini yoxlayıb
Zakir Həsənov əsgər yataqxanasının açılışında iştirak edib, fərqlənən hərbçiləri mükafatlandırıb
Müdafiə nazirinin müavini Kərim Vəliyev: «Eşidən kimi dərhal deputata zəng vurdum...»
Yeni birləşmələr yaradılır
Kayts Minasyan: «... Azərbaycan ordusu çox güclü zərbə endirəcək»
Azərbaycan ordusu irimiqyaslı komanda-qərargah təlimlərinə başlayır
Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il üçün döyüş hazırlığı planına əsasən Azərbaycan Respublikasının cənub sərhədlərinə yaxın ərazilərdə Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissələrinin təlimi başlayıb. Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-leytenant Hikmət Mirzəyevin rəhbərliyi ilə keçirilən təlimin planına əsasən hərbi hissələr "Həyəcan" siqnalı ilə qaldırılıb.
Daimi dislokasiya məntəqələrini tərk edən xüsusi təyinatlılar əməliyyat rayonlarına çıxarıldıqdan sonra komandirlərin məruzələri dinlənilib və tapşırıqlar dəqiqləşdirilib. Hərbi Hava Qüvvələrinin, Raket və Artilleriya Qoşunlarının təlimə cəlb olunan hissə və bölmələri müvafiq olaraq təyin edilmiş aerodromlara və rayonlara cəmləşdirilib.
Digər qoşun növləri ilə qarşılıqlı fəaliyyət təşkil edilib.
Plana uyğun olaraq təlimin növbəti mərhələlərində xüsusi təyinatlı bölmələr onları dəstəkləyən Hərbi Hava Qüvvələri, eləcə də Raket və Artilleriya Qoşunlarının bölmələri ilə qarşılıqlı əlaqədə bir sıra tapşırıqları icra edəcək.
Qeyd edək ki, təlim çərçivəsində xüsusi təyinatlı bölmələrin müəyyən xüsusi hazırlıqları üzrə ayrıca yoxlamalar keçirilir.