
Generalın onu “nişan alan” ermənilərə sillə cavabı
“Onların 35 km vura biləcək artilleriyaları belə yoxdu”
“Onların 35 km vura biləcək artilleriyaları belə yoxdu”
Birlik komandirlərinin videogörüntü ilə bağlandığı müşavirədə Zakir Həsənov göstəriş verdi
Zakir Həsənov: “Laçına gedən yol artıq ordumuzun nəzarətindədir”
Zakir Həsənov Ermənistanda general Manvel rüsvayçılığı haqda ...
İsraildən alınan, HHM qüüvələrini qorxulu röyası olan, hədəfi 10 saniyə ərzində 10 metr dəqiqliklə vuran operativ-taktiki kvaziballistik raketlərini raketdən müdafiə sistemləri tuta bilmir
Azərbaycan “İskəndəri” kölgədə qoyan raket kompleksləri ilə silah arsenalını zənginləşdirdi
Zakir Həsənov “Efes-2018” təlimlərinin yekun mərhələsinə dəvət olunub
Elxan Şahinoğlu: “Rusiyadan silah və hərbi texnika asılılığımızı azaltmalıyıq...”
Politoloq: “Kreml rəsmi Bakının Pekindən silah almasına etiraz edə bilməyəcək...”
Rusiyalı ekspert Azərbaycan müdafiə nazirinin Pekin səfərini şərh edib
Müdafiə naziri şirkətin istehsal etdiyi hərbi avadanliqlar maraqlanıb
Müdafiə naziri Zakir Həsənov çinli həmkarı Vey Fenxe ilə görüşüb
Azərbaycanın müdafiə nazirinə çinli həmkarından rəsmi dəvət gəlib
Sensasiya: Belarus tezliklə Azərbaycana 10 “Polonez” raket kompleksi çatdıracaq!
Düşmən hücumunun qarşısının alınması, genişmiqyaslı əks-hücum əməliyyatı...
General hərbi hissələrin döyüşə hazırlıq vəziyyətini yoxlayıb
Əgər gələn ay Vyanada Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüşdən konkret irəliləyiş əldə olunmasa Azərbaycan ordusunun təmas xəttində güclü zərbə endirməsi gözlənilir. Virtualaz.org xəbər verir ki, belə xəbərdarlıqla Fransa Strateji Araşdırmalar Mərkəzinin erməni eksperti Kayts Minasyan «168 jam» qəzetinə müsahibəsində çıxış edib.
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü ATƏT xarici işlər nazirləri Şurasının Vyanada keçiriləcək illik toplantısı çərçivəsində baş tutacaq. Rəsmi Bakı bu görüşə artıq razılıq verib. Bundan əvvəl xarici işlər nazirləri Moskvada ayrı-ayrılıqda Minsk Qrupu həmsədrləri ilə görüşüblər. Noyabrın 20-21-də isə Rusiya xarici işlər nazirlərinin Bakıya və İrəvana səfəri olacaq.
«Əgər Vyanada nazirlərin görüşü konkret irəliləyişə gətirib çıxarsa o halda 2018-ci ildə prezidentlər Sərkisyan və Əliyev arasında yeni görüş gözlənilir. Lakin heç bir irəliləyiş əldə edilməsə biz Bakının güclü zərbəsinə hazır olmalıyıq. Çünki Azərbaycan əmin olacaq ki, Minsk Qrupu növbəti dəfə onu aldadıb. Erməni qüvvələri çox ehtiyatlı olmalıdır»-Kayts Minasyan bildirib.
Xatırladaq ki, Qarabağ nizamlanmasında hazırda əsas vasitəçi Rusiyadır. Lakin ötən həftə Soçidə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşübdə onun rusiyalı həmkarı Vladimir Putin bildirib ki, məsələnin həllinə xüsusi ümid bəsləmir. Eyni zamanda Rusiya XİN-dəki mənbələr də Lavrovun regiona səfərindən nəsə irəliləyiş gözləmədiklərini, münaqişənin həllinə ümidli olmadıqlarını deyirlər.
Belə vəziyyətdə Azərbaycanın seçim imkanı qalmır. Çünki rəsmi Bakı Ermənistanın danışıqlardan müxtəlif bəhanələrlə yayınmasına neçə vaxtdır səbirlə dözüb, həmsədrləri, xüsusən Rusiya rəhbərliyini nizamlama prosesində daha fəal rol oynamağa inandırmaq üçün səylər göstərib. Bu baxımdan danışıqlar prosesindəki hazırkı nisbi fəallaşma, xarici işlər nazirlərinin görüşü hansısa irəliləyişlərə səbəb olmayacaqsa o zaman təmas xəttində vəziyyətin gərginləşməsi də qaçılmaz olacaq.
Xarici işlər naziri Elmar Məmmədyarov Moskvada həmsədrlərlə məsləhətləşmələrdən sonra demişdi ki, Bakı substansiv danışıqların aparılmasını xahiş etmir, tələb edir. Çünki danışıqların alternativinin nə olduğu aydındır və Azərbaycanı bu alternativə əl atmağa məcbur etməsinlər...