vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
GÜNDƏM  
21:52 | 23 iyun 2018 | Şənbə Məqaləyə 2141 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Düşmən ordusunda adam oğurluğu

Erməni əsgəri 2 il saxlayıb ailəsindən 11 min dollar alandan sonra buraxıblar

MÖVZU İLƏ ƏLAQƏLİ

2016-cı ilin aprel ayında Ermənistan və Azərbaycan arasında baş vermiş 4 günlük döyüşdə yaralanan erməni əsgər ailəsindən gizlədilib. Modern.az xəbər verir ki, bu barədə Ermənistan mediasında məlumat yayılıb.

Məlumata görə, iki il gizlədilən hərbçi bu müddət ərzində ailəsindən müalicə adı ilə 11 min dolar pul istəyib. O, həmçinin, yemək göndərilməsini də tələb edib. Ailə əsgərə lazım olan pul və yeməyi yollayıb, lakin 2 il onun harada saxlanmasından xəbərsiz olub.

Yaxınları mətbuata bildiriblər ki, ərzaq və pulu əsgərə tanımadıqları şəxs vasitəsilə çatdırıblar: “Əgər o, Ermənistanda saxlanılsaydı bilərdik, çox güman ki, Qarabağ, ya da Qarabağ ətrafındakı azərbaycanlı kəndlərindən birində saxlanılıb. Biz isə uzun müddət onun hərbi hissədə olduğunu düşünmüşdük”.

Əsgərin özü komandirləri tərəfindən işğal altında olan Azərbaycan kəndində saxlanıldığını deyib: “Hərbi hissədən olan 15 nəfərlik qrup idi. Bir Azərbaycan kəndinə gəldik, mən ağır yaralanmışdım. Bizə müharibənin davam edəcəyini dedilər, lakin heç nə olmadı. Əvəzində ailəmdən pul göndərilməsini tələb etdilər.

2 il orada qaldıq, 11 min dollar və hər həftə yemək göndərdilər. Yeyib-içirdilər, müharibə də yox idi. Pul qrupa başçılıq edən kapitanın Qarabağdakı bank hesabına yatırılırdı.

Məni sərbəst buraxdıqda əlavə olaraq 15 min dram istədilər. Bunu da verib evə qayıda bildim.

Üstəgəl, Qarabağdakı hərbi hissələrdən benzin oğurlayıb satırdılar. Mənim kimi girov götürülmüş digər əsgər yoldaşlarımdan da pul alırdılar. Sonradan başa düşdük ki, bu adamlar fürsətdən istifadə edib əylənir, bizi isə girov saxlayırdılar”.

Əsgərin ailəsi bu barədə dəfələrlə Ermənistan Müdafiə Nazirliyinə müraciət etdiyini bildirib, lakin müraciətlərə baxılmayıb.