Qazaxıstan referenduma gedir
Ölkə başçısı AES tikintisi üçün xalqın razılığını istəyir
CAVİD
MÖVZU İLƏ ƏLAQƏLİ
-
İlk hal 11 il əvvəl yaşanıb
Ərazidəki insanlar sərxoş olub yatırlar
-
“Ölkəmiz buna öyrəşə bilməz”
İkinci Dünya Müharibəsindən sonra yaşanan ilk kansleri üzüb: “Bizim üçün də ağrılıdır”
-
Dombra – qəlb sazından çıxan səda
“Astana Opera”nın Bakıya qastrolu
-
... Bakıda Qazaxıstan filmləri nümayiş olunub
İki ölkə arasında diplomatik əlaqələrin 30 illiyi münasibətilə ...
-
Əliyev Tokayevi təbrik etdi
Azərbaycan Prezidenti Qazaxıstanlı həmkarına məktub göndərib
-
... Tokayev 7 ildə nələr edəcək?
“Ədalətli Qazaxıstan – hamı və hər kəs üçün” şüarıyla ...
-
Tokayev qalibdir
Qazaxıstan prezidenti səslərin beşdə birindən çoxunu qazanıb
-
“Bölgə ölkələri asılı olmamalıdır”
Vaşinqtonun nəzəri Mərkəzi Asiyadadır
-
Qazaxıstanın seçimi
Tokayev hərbi doktrinanı da dəyişdirib
-
Türk dövlətlərinin NATO-su
Bu təkcə Rusiyaya deyil, Qərb üçün də arzuolunan deyil
-
“Marşrutun potensialı tam reallaşdırılmayıb”
İki yol arasında fərq 500 km-ə yaxındır
-
“Bölüşmədiyimiz dəyərlərin yayılması...”
Qazaxıstanda “Lightyear” filmi qadağan edilir
-
Qazaxıstanda etiraz
Aksiya iştirakçıları antihökumət mitinqlərinin dağıdılması zamanı həlak olanlar üçün ədalət tələb edir
-
Xəzərin dibi ilə neft kəməri
Tokayev neft tranzitini Rusiyadan yan keçirmək istəyir
-
Rusiya ilə Qazaxıstan arasında nə baş verir?
Tokayevin separatçıları Putinin yanında “kvazi dövlətlər” adlandırması Moskvada qıcıq doğurub
-
30 günlük fasilə
Rusiya Qazaxıstan neftinin Avropaya nəqlini dayandırır
Qazaxıstan Prezidenti Qasım Comərd Tokayev oktyabrın 6-da ölkədə atom elektrik stansiyasının tikintisi ilə bağlı ictimaiyyətin qərar verməsi üçün ümumxalq referendumunun keçiriləcəyini açıqlayıb. Tokayev ənənəvi xalq qarşısında çıxışını Qazaxıstan parlamentinin yeni qanunvericilik ilinin açılışında edib.
Prezident Tokayev artan qlobal enerji çatışmazlığına diqqət çəkərək, onların etibarlı və ekoloji cəhətdən təmiz enerji mənbələrinə ehtiyacı olduğunu bildirib.
Bu səbəbdən ölkədə nüvə energetikasının inkişafına önəm verilməli olduğunu vurğulayan Tokayev, Qazaxıstan iqtisadiyyatının sürətlə artan ehtiyaclarını yalnız AES-in ödəyə biləcəyinə diqqət çəkib.
Hazırda dünyanın 30 inkişaf etmiş və etməkdə olan ölkəsində 200-ə yaxın atom elektrik stansiyasının işlədiyini bildirən Tokayev, “Biz uzunmüddətli milli maraqları və ölkəmizin xüsusiyyətlərini nəzərə alaraq gələcəyi düşünməliyik”, – deyib.
Atom elektrik stansiyasının tikintisi məsələsinin son bir ildə ölkə ictimaiyyəti tərəfindən fəal müzakirə edildiyini qeyd edən Tokayev, “Ölkə üçün vacib olan hər bir addım ictimaiyyətin dəstəyi ilə atılmalıdır. Mən məsələni qaldırdım. Ötən il AES-in tikintisi ilə bağlı referendumun keçirilməsi məsələsi və buna görə də bu məsələ bir ildir ki, ictimaiyyətlə müzakirə olunur. Mən hökumətin bu il oktyabrın 6-da AES-in tikintisi ilə bağlı ümumxalq səsverməsinin keçirilməsi təklifini dəstəkləyirəm və bu gün müvafiq qərarı imzalayıram”, – deyib.