Qazaxıstan sağ göstərib sol vurdu
Kremlə gözlənilməz zərbə
15:41 | 4 mart 2025 | Çərşənbə axşamı
Məqaləyə 655 dəfə baxılıb
Şriftin ölçüsü
Kremlə gözlənilməz zərbə
Yaxud müharibəni udub, sülhü uduzmaq təhlükəsi
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Paşinyan seçki mitinqində yeni neft qaz və qaz kəməri layihəsini elan etdi
Trampın Paşinyana dəstəyi Ermənistanda seçki gündəmini dəyişdi
Tokayev: “Türk Dövlətləri Təşkilatı hərbi ittifaqa çevrilməməlidir”
“Əlamətdar gün xalqlarımız arasındakı davamlı dostluq barədə düşünmək üçün dəyərli fürsətdir”
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
... Yaxud Kreml üçün qorxulu diaqnoz
Simonyanın açıqlamaları diplomatik qalmaqala səbəb oldu
İtaliya–Azərbaycan: enerji və nəqliyyat xətləri üzərində strateji tərəfdaşlıq güclənir
Meloni: “İtaliya–Azərbaycan tərəfdaşlığı enerji və təhlükəsizlik sahəsində gücləndiriləcək”
İtaliyalı senator Simona Petrucci: “İtaliya qlobal risklərə qarşı daha dayanıqlı olmalıdır”
Azərbaycan ətrafında formalaşan iddiaların arxasındakı lobbi kölgəsi
Rusiyada azərbaycanlı barədə məhkəmə qərarı verildi
Mavi yanacaq satdığımız 16 ölkənin 10-u Aİ üzvüdür
Uzun müddət bu məsələ “ilişib” qalmışdı. Bu meqa layihə 2019-cu ildə Azərbaycan tərəfinin, daha doğrusu “AzerTelecom” şirkətinin təşəbbüsü ilə gündəmə gətirilib.
Layihənin icrası ilə bağlı hələ 2019-cu ildə Azərbaycan və Qazaxıstan arasında hökumətlərarası sazişlər imzalanıb.
Bu istiqamətdə son illərdə xeyli müzakirələr aparılıb, icra məqsədilə birgə müəssisələr yaradılıb. Podratçılar seçilmişdi.
Lakin Qazaxıstanda yeni Prezident seçiləndən sonra layihənin icraçıları ilə bağlı dəyişikliklər oldu. Bu dəyişikliklər tikinti-quraşdırma işlərini xeyli ləngitdi.
Bu gün “AzerTelecom” şirkətinin rəhbəri Emil Məsimov və “Kazakhtelecom” şirkətinin Direktorlar Şurasının sədri Bagdat Musin sənədi imzalayıblar.
Beləliklə neçə illərdir ki gözlənilən hadisə, Xəzər dənizinin dibi ilə sualtı fiber-optik kommunikasiya xətlərinin tikintisinə dair müqavilənin təsdiqlənməsi baş tutub.
Azərbaycan və Qazaxıstanın Baş nazirləri Əli Əsədov və Oljas Bektenovun imzalama prosesində iştirakı da onu göstərir ki, artıq bu sahədə işlərə dərhal start veriləcək.
Transxəzər layihəsi Avropa ilə Asiya arasında “Rəqəmsal İpək Yolu” layihəsinin mühüm hissəsindən biridir.
Əvvəllər bu layihənin 2022-ci ilə yekunlaşması nəzərdə tutulurdusa, indi elan olunub ki, 2026-cı ildə başa çatacaq.
Maraqlıdır ki, əvvəlki sənədlərdə uzunluğu 380 km olan bu magistral optik kabelin Azərbaycan tərəfdən Siyəzən rayonunda quruya çıxarılacağı nəzərdə tutulurdu.
Bu gün açıqlanan məlumatda isə marşrutun Aktau - Sumqayıt istiqamətində olacağı bildirilib.
Xatırladıram ki, əvvəllər bu layihənin dəyərinin, yəni Qazaxıstan və Azərbaycanın birgə investisiyasının 50 milyon dollardan çox olacağı bildirilmişdi.
Yeri gəlmişkən, “AzerTelecom” tərəfindən icra olunacaq bu layihənin digər bir qolu da Azərbaycan- Türkmənistan (Siyəzən –Türkmənbaşı) arasında nəzərdə tutulub.
Bu marşrutun uzunluğu 300 km-dir. Bu da strateji bir layihədir . Beynəlxalq internet trafikinin Avropadan Türkmənistana, oradan da Əfqanıstan , Pakistan və digər qonşu ölkələrə daşınmasını nəzərdə tutur. Hələlik bu istiqamətdə nə zaman işlərə başlanacağı haqqında açıqlama olmayıb.
Azərbaycanın rəqəmsal mərkəzə və transit mərkəzinə çevrilməsi, qlobal şirkətlərin Azərbaycana maraq göstərməsi və resurslarını Azərbaycana daşıması, Gürcüstan, Türkiyə, Qazaxıstan və Türkmənistan ərazilərindən keçəcək rəqəmsal telekommunikasiya infrastrukturunun əsas hissəsinə çenvrilməsi baxımından Transxəzər layihəsi strateji əhəmiyyət kəsb edir.