
ŞƏT-in dalınca düşməkdənsə...
Türkiyə TDT-nın irəli sıçraması üçün bir an öncə hərəkətə keçməlidir
Türkiyə TDT-nın irəli sıçraması üçün bir an öncə hərəkətə keçməlidir
1 tondan çox xam neft dənizə axdı
Böyük Britaniyadan Rusiyaya sərt reaksiya
ABŞ Hindistan mallarına tarif tətbiq etdi
Böyük Britaniya Rusiyaya qarşı siyahısına səkkiz yeni ad əlavə etdi
İngilislər ABŞ prezidentinə təsir etməyin ən rahat yolunu açıqladı
Zelenski Trump-Putin görüşünə Kiyevsiz hər hansı razılaşmanı rədd edir
ABŞ, Böyük Britaniya və Yaponiya aviadaşıyıcıları təlimlərə başlayır
Vaşinqtonun Yeni Dehliyə gömrük faizi 50-yə yüksəldi
“Saky” bazası hədəfə alındı, bombardman təyyarələri vuruldu
“Müharibənin əvvəlində bizi Rusiya nefti almağa təşviq edirdi”
Görəsən, onun zəifləməkdə məqsədi nədir?”
Sidney səkkiz nüvə sualtı qayığı ilə donanmasını gücləndirəcək
Almaniyaya təhdid, Ukraynada irəliləyiş
Avropa Birliyi liderləri Si Cinpinin açıqlamalarına sərt cavab verdi
Vaşinqton Ukraynaya 322 milyon dollarlıq silah satışına razılıq verdi
Azərbaycandan nümunə götürən Qazaxıstan Böyük Britaniya ilə hərbi-siyasi əməkdaşlığı dərinləşdirməyə başlayıb. Belə ki, Qazaxıstan və Böyük Britaniya hərbi əməkdaşlıq planı imzalayıb. Bu barədə iyunun 6-da respublika hökumətinin rəsmi saytında məlumat verilib.
“Sənəd Qazaxıstan Respublikası Müdafiə Nazirliyinin aparat rəhbəri, polkovnik Yerbola Kumarbekulunun rəhbərliyi ilə Qazaxıstan Respublikası Müdafiə Nazirliyinin nümayəndə heyətinin rəsmi səfərə gəldiyi Londonda imzalanıb”, – deyə məlumatda bildirilir.
Görüş zamanı tərəflər əməkdaşlığın hazırkı vəziyyətini və inkişaf perspektivlərini müzakirə ediblər. Qarşılıqlı fəaliyyətin əsas istiqamətləri sülhməramlı fəaliyyət, dil hazırlığı və Qazaxıstan hərbçilərinin Böyük Britaniyanın ali təhsil müəssisələrində hazırlanması kimi müəyyən edilib.
Sənəd 2025-2026-cı illəri əhatə edir və iki dövlətin müdafiə strukturları arasında praktiki əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tutur.
Məsələnin ən ilginc tərəfi isə budur ki, Londonda sözügedən planın imzalanmasının ardınca isə, Qazaxıstan prezidenti Qasım-Comərd Tokayev dərhal müdafiə naziri Ruslan Jaksılıkovu tutduğu vəzifəsindən azad edib, onun yerinə isə əvvəllər nazir müavini – Qazaxıstan Silahlı Qüvvələrinin Hava Hücumundan Müdafiə Qoşunlarının baş komandanı vəzifəsində çalışan Dauren Kosanovu nazir təyin edib.
Qeyd edək ki, Ruslan Jaksılıkov rusiyayönümlü general kimi tanınırdı.
Rusiya tərəfinin rəsmi Astananın bu addımlarına aqressiv reaksiyası isə yəqin ki, özünü çox gözlətməyəcək.
Maraqlıdır ki, sözügedən əməkdaşlıq planının Londonda imzalanmasından bir gün əvvəl Rusiya Xarici İşlər Nazirliyi (XİN) bəyan etmişdi ki, “Rusiya dost ölkələrə Böyük Britaniya ilə yaxınlaşmaqdan və öz ölkələrində “British Council” (Rusiyada arzuolunmaz kimi tanınan) kimi təşkilatlar üçün əlverişli şərait yaratmamaq barədə xəbərdarlıq edir”. Lavrovun idarə etdiyi Rusiya XİN-i həmin bəyanatında onu da qeyd edib ki, “London özünün guya təhsil fəaliyyəti ilə əldə etdiyi təsir mövqelərindən digər dövlətlərin daxili işlərinə qarışmaq üçün istifadə edir”.
Rusiya XİN-in bu bəyanatı sözsüz ki, həyasız bəyanatdır. Çünki belə bir məzmunlu bəyanatın özü artıq birbaşa postsovet ölkələrinin xarici siyasət kursuna müdaxilə etmək, əks təsir göstərmək cəhdidir. Kreml bu bəyanatı ilə onu deməyə çalışır ki, postsovet ölkələri (xüsusən də Mərkəzi Asiyanın türk dövlətləri) Londona yox, yalnız Moskvaya üz tutmalıdırlar...
“British Council”ın əleyhinə çıxan rəsmi Moskva, postsovet ölkələrində “Rus Evi” deyilən casus yuvalarının önə çıxmasına, onların rahat fəaliyyət göstərmələrinə nail olmaq istəyir.
Qazaxıstan rəhbərliyi isə başa düşür ki, imperiya iştahaları gün-gündən artmaqda olan Rusiyaya eynilə Azərbaycan kimi “yox!” deməyin və digər qlobal güc mərkəzləri ilə əlaqələri genişləndirməyin vaxtı artıq çoxdan gəlib çatıb.
P.S. Azərbaycan və Qazaxıstan bugünlərdə Rusiyanı ciddi şəkildə qıcıqlandıran başqa bir addım da atmağa qərar veriblər...