Yaponiya Azərbaycan neftinə üz tutur
Yaxın Şərqdə risklərin artması fonunda Avropaya gedən neftin bir hissəsinin Asiyaya yönləndirilməsi planlaşdırılır
11:15 | 4 oktyabr 2025 | Şənbə
Məqaləyə 3 dəfə baxılıb
Şriftin ölçüsü
Yaxın Şərqdə risklərin artması fonunda Avropaya gedən neftin bir hissəsinin Asiyaya yönləndirilməsi planlaşdırılır
Ermənistan Baş Prokurorluğu XİN əməkdaşı barədə məhkəmə qərarından narazı qaldı
Siyasi etikadan uzaq insan 86 milyonu təmsil edə bilərmi?
Həbs edilən cinayətkarların əmlakı müsadirə olundu
Bu müharibədə silah məlumat, müdafiə isə milli şüurdur
Bir çox tarixi faciələrdə rusun adını pozub ...
Ermənistan baş naziri ilə mətbuat katibi 24 saat fərqlə bir-birini təkzib etdi
Müstəqillik dövründə ilk dəfə ...
Azərbaycan Ermənistanla ticarət tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırdı
Qazaxıstanlı musiqiçilər Azərbaycan prezidentinin şərəfinə Müslim Maqomayevin mahnısını ifa etdilər
... Cənubi Qafqazda sabitliyə təhdid
İrqçilik kökünə işləyən Kobaxidzenin islamafobiyadan da əziyyət çəkirmiş
İki ölkə arasındakı sülh bir referenduma bağlıdır
Ravvinləri Bakıya dəvət edib-etməməyi mollalardan soruşmalıyıq?
Yaxud Cənubi Qafqazın yeni parametrlərinə hazırlıq
Zəngəzur dəhlizinin praktiki müstəvidə icrasına qədər detallar açıqlanmaya bilər
Qazaxıstanın Manqıstau vilayətində Aktau dəniz limanı vasitəsilə neftin qanunsuz ixracı ilə bağlı səs-küylü məhkəmə prosesi başa çatıb.
VAXT.AZ ORDA.KZ-ya istinadən xəbər verir ki, məhkəmə qarşısında beş neft şirkətinin nümayəndəsi dayanıb. Onlar mütəşəkkil cinayətkar dəstədə iştirak və “qara qızıl”ın iri miqyaslı qaçaqmalçılığında ittiham olunublar.
2022-ci ildə Aktauda yaranan Mütəşəkkil dəstənin tərkibində yüksək vəzifəli şəxslər də olub:
Renald Melkumov “BatysNefteTrade” MMC-nin təsisçisi;
Rafxat Kistaubayev “Standart Petroleum” şirkətinin direktoru;
Ramiz Ramazanov “Mangystau Oil Refining” şirkətinin direktoru;
Aleksey Rayqorodski neft emalı üzrə mühəndis;
Mergen Kenjebekov laboratoriya işçisi.
Onlar nefti “peç yanacağı” adı altında rəsmiləşdirirdilər. Bu məhsul ixrac məhdudiyyətlərinə və əlavə vergilərə tabe deyil. Bunun üçün saxta sənədlər və vasitəçi şirkətlərdən istifadə olunub. Əslində isə Aktau limanı vasitəsilə Azərbaycana adi neft göndərilirdi ki, ondan benzin, dizel və digər məhsullar istehsal etmək olar.
2022–2023-cü illərdə “Meliana” tankeri ilə bu üsulla 2100 tondan çox xammal çıxarılıb. 2023-cü il iyulun 20-də Milli Təhlükəsizlik Komitəsi və limanın təhlükəsizlik xidməti Aktau limanından 3.5 kilometr məsafədə, dənizdə xüsusi əməliyyat keçirib.
Həmin vaxt “Meliana” tankeri Azərbaycana doğru istiqamət götürmüşdü. Xüsusi xidmət orqanları gəmidə axtarış apararaq bütün sənədləri və yükün nümunələrini götürüblər. Gəmi heyəti yükün “peç yanacağı” olduğunu sübut etməyə çalışıb. Lakin sonradan aparılan ekspertiza nəticəsində bunun əslində neft olduğu ortaya çıxıb. Məlum olub ki, Meliana tankeri “AB Flot” MMC-yə məxsusdur.
Xammalın ekspertizasını Qazaxıstanın neft emalı zavodlarının, eləcə də Rusiya Neft və Qaz Universitetinin (İ.M. Qubkin adına) mütəxəssisləri aparıblar. Onlar belə nəticəyə gəliblər ki, götürülən nümunələr peç yanacağı standartlarına uyğun gəlmir. Bu, benzini çıxarılmış neft olub. Belə məhsuldan adətən müxtəlif növ yanacaq hazırlanır. Bu fakt istintaq eksperimenti ilə də sübuta yetirilib.
“Məsələn, 2024-cü ilin 4, 15 may və 24 iyun, 9 və 26 iyul tarixlərində “Meliana” gəmisinin yük tanklarından götürülən maddələr bir sıra göstəricilər üzrə “peç yanacağı texniki şərtlər” standartına cavab vermir və peç yanacağı hesab edilə bilməz. Bu maddələr həmçinin qismən benzini çıxarılmış neftdir və onlardan geniş çeşiddə neft məhsulları — maye qaz, avtobenzin, kerosin, dizel və peç yanacağı, mazut, koks və digərləri əldə edilə bilər”, – deyə iş materiallarında qeyd olunur.
Dövlətə dəyən ziyan və qaçaqmalçıların qazancı
Maliyyə ekspertizasının hesablamalarına görə, təkcə bir epizod üzrə dövlətə, 109,9 milyon təngə — ödənilməmiş renta vergisi, 14,3 milyon təngə — gömrük rüsumu ziyan dəyib.
Məhkəmə müəyyən edib ki, dövlətə dəymiş ümumi ziyan 1,16 milyard təngədən çoxdur. Bundan əlavə, 320 milyon təngə məbləğində vergi də ödənilməyib. Qazanc isə mütəşəkkil dəstə üzvləri arasında bölüşdürülüb və fiktiv hesablar vasitəsilə istifadə olunub.
2025-ci ilin iyulunda məhkəmə prosesi başlayıb. Təqsirləndirilənlər özlərini günahsız sayaraq, yalnız sobalıq yanacaq satdıqlarını və qanunu pozmadıqlarını iddia edirdilər. Lakin məhkəmə onların arqumentlərini əsassız hesab edib.
Ekspertizaların, şahid ifadələrinin və sənədlərin məcmusuna əsaslanaraq məhkəmə onların hərəkətlərini qəsdən qaçaqmalçılıq və mütəşəkkil cinayətkar dəstədə iştirak kimi qiymətləndirdi. 2025-ci il sentyabrın 26-da hökm elan olunub. Beş nəfər — Melkumov, Kistaubayev, Ramazanov, Rayqorodski və Kenzhebekov Cinayət Məcəlləsinin 262-ci maddəsinin 2-ci hissəsi (“Mütəşəkkil dəstədə iştirak”) və 234-cü maddəsinin 3-cü hissəsinin 2-ci bəndi (“Xüsusilə böyük miqyasda qaçaqmalçılıq”) üzrə təqsirli biliniblər.
“Hər birinə 8 il azadlıqdan məhrumetmə cəzası təyin olunub. Müddət hökmün elan olunduğu gündən etibarən, İstintaq Təcridxanasında keçirilmiş vaxt nəzərə alınmaqla hesablanır”, – məhkəmə qərarında deyilir.
Həqiqi cəzalardan əlavə, məhkəmə aşağıdakı cərimələrin təqqsirləndirilən şəxslərdən tutulmasını qərara alıb:
1,16 milyard təngədən (təxminən 4.1 milyon manat) çox ziyan,
320 milyon təngə (1,1 milyon manatdan çox) — Manqıstau vilayətinin Dövlət Gəlirlər Departamentinin xeyrinə,
132,9 milyon təngə (467 min manatdan çox) məhkəmə xərcləri və 3,2 milyon təngədən (11 min manatdan çox) çox dövlət rüsumu,
hər birindən 69 min təngə (242 manat) — Zərərçəkmişlərin kompensasiya fonduna.
Həmçinin “Meliana” tankeri müsadirə olunub.
Maraqlıdır ki, iş materiallarında daha iki nəfərin — Burmistrov və Abduraxmanovun da adı çəkilir. İstintaq birincini cinayətkar dəstənin təşkilatçısı, ikincini isə onun “sağ əli” adlandırır. Lakin onlar ittiham olunanların siyahısına daxil edilməyib və məhkəmə onlar barədə heç bir hökm çıxarmayıb.
“Meliana” tankeri işi Qazaxıstan tarixində neft qaçaqmalçılığı ilə bağlı ən iri proseslərdən biri olub. Real həbs cəzaları, müsadirələr və milyardlıq tutmalarla nəticələnib.