vaxtlı-vaxtında oxuyun! Cümə, 13 iyun 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
ENERGETİKA  
Azərbaycanın regional gücü artır 16:11 | 12 iyun 2025 | Cümə axşamı Məqaləyə 27 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Azərbaycanın regional gücü artır

Ölkəmiz Transxəzər fiber-optik kabel xətti ilə texnoloji potensialını böyüdür

Osman GÜNDÜZ

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan və Qazaxıstan arasında çəkiləcək Transxəzər Kabel Xətti üzrə daha bir mühüm mərhələnin uğurla tamamlandığı bildirilib.

Belə ki, fiber optik xəttin keçəcəyi dəniz marşrutunun çəkilməsi üçün zəruri olan layihə tədqiqatı işləri uğurla başa çatdırılıb.

Bu tədqiqat dəniz dibi mühitinin öyrənilməsi və kabel xəttinin potensial marşrutunun müəyyənləşdirilməsi üçün aparılmış ilkin və detallı təhlili əhatə edir.

Yəni məhz bunun əsasında qərar verilir ki, tikintiyə başlamaq olar.

“Pioneer Consulting” tərəfindən analiz olunan tədqiqatların nəticəsində Xəzər dənizinin dibi ilə keçəcək 380 km-lik kabelin marşrutu beynəlxalq standartlara uyğun şəkildə müəyyənləşdirilib.

Cari ilin əvvəli Xəzər dənizinin dibi ilə çəkiləcək Transxəzər fiber-optik kabel xəttinin tikintisinə dair müqavilə də imzalanıb.

Ümumiyyətlə, bu layihə həm relyef və coğrafi baxımından, həm texnoloji baxımdan, həm də geosiyasi baxımdan mürəkkəb layihə olub.

Son 30 ildə bu tip layihənin reallaşmasına bir neçə dəfə cəhdlər olub, amma geosiyasi maraqlar baxımından bunu reallaşdırmaq mümkün olmayıb, layihələr həmişə bu marşrutdan yan keçib.

Qazaxıstan tərəfdə tərəfdaş şirkətin yenidən müəyyən edilməsi də bu layihəni bir xeyli ləngidib.

Hər iki ölkənin Prezidentləri və parlamentləri səviyyəsində bu layihə təsdiqlənib.

Hazırda özəl qurum olan “Azertelecom” və “Kazakhtelecom” şirkətinin, NEQSOL Holdinqin bu istiqamətdəki real nəticələr verən səyləri təqdirəlayiqdir, layihənin artıq tikintisi başlanacaq səviyyəyə gətirib çatdırması diqqət cəlb edəndir.

Bu kabel xətti 400 terabit/s-ə qədər yüksəksürətli internet bağlantısının qurulmasını təmin edəcək. Tikinti işlərinin 2026-cı ilin sonunadək tamamlanması planlaşdırılır.

Bu layihə Azərbaycan üçün çox mühüm əhəmiyyət kəsb edir, ölkəmizin texnoloji imkanlarının regional gücə çevrilmək potensialını nümayiş etdirir.

Transxəzər layihəsi Asiya ilə Avropa arasında etibarlı, sürətli və təhlükəsiz rəqəmsal bağlantı yaradaraq regionda texnoloji inkişafı və iqtisadi əməkdaşlığı yeni səviyyəyə qaldıracaq.

Burada qurulacaq Data Mərkəzlər yeni rəqəmsal dəyərlər yaratmaq baxımından da mühüm əhəmiyyət kəsb edir.

Transxəzərin quruya çıxarılacağı nöqtə əvvəllər Siyəzən olub, hazırda isə Sumqayıt şəhəridir. Güman ki məhz burada həm də regional Data Mərkəzlərinin qurulması planlaşdırılır.

Bunun reallaşması ilə Sumqayıt təkcə sənaye yox, həm də rəqəmsal mərkəzə çevrilə biləcək.

Beləliklə, layihənin mühəndislik mərhələsi də arxada qaldı.

Ümid edirik ki, yaxın zamanda Transxəzər layihəsinin faktiki tikinti mərhələsinə start verildiyi xəbərini də eşidəcəyik.