Fəlakət göyərçinləri...
Kremldə cızılan bütün mənhus planları pozmaq şansımız var
Bəybala MİRZƏYEV
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Rusiya Bakıda verdiyi sözü 3 gün sonra pozdu
Qarabağda müharibə başlayır?
-
Putinin ciddi problemləri
Postsovet məkanındakı canlanma nələrə işarədir?
-
Üç Vladimirin davası
Doğrudanmı Zelenskinin bu qələbəsi də təsadüfdür?...
-
İldırımsürətli savaş planı
Türkiyədəki azərbaycanlı politoloqdan sensasion təklif: “Ermənistan, faktiki, müttəfiqsiz qalıb...”
-
“Böyük biabırçılıqdır”
Rusiyadan Putinin “Rustavi 2” telekanalında təhqir edilməsinə reaksiya
-
Müraciətin gücü
Saakaşvilinin çağırışı gürcü polisini hərəkətləndirdi
-
“Azərbaycana verməyə hazırlaşmırıq”
Çavuşoğludan “S-400” açıqlaması ...
-
ABŞ-da məhşər günü
Tramp Putinə işləyir, ya yox?
-
Separatizmə dəstəyə yox!
Rusiya Azərbaycanla hansı sazişi imzalamaqdan çəkinir?
-
Krımın işğalı nələri dəyişdi?
Rusiyanın siyasətində separatizmə dəstəyin davam edəcəyi sübut olundu
-
“Başdan-ayağa şüar yığını”
Rusiya ekspertləri Vladimir Putinin 2019-cu il ismarıcını analiz edirlər
-
Boltonun zəngi...
Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşünümü yaxınlaşdırır?
-
Azərbaycanda Krımı Rusiya ərazisi kimi göstərən mallar satılır
Bu ilhaqa haqq qazandırmaq deməkdir
-
Azov yeni müharibəyə səbəb olacaqmı?
“Son təxribatının” arxasında dayanan güclər ...
-
“Onlarda alınmayacaq”
Putin Zaxarçenkonu öldürənləri hədələdi
-
Moskva və İrəvan ənənəvi Qarabağ kursunu dəyişəcəkmi?
Ermənistandakı siyasi böhran işğalçı ölkənin Azərbaycanla münasibətlərində və konfliktin taleyində mühüm iz qoya bilər, əgər...
Bu bilbord, bu propaqanda şüarı Rusiya sülhməramlılarına aiddir. Onlar özlərini sülh göyərçini, sülh qurucusu hesab edir və deyirlər ki, “biz harada varıqsa, orada sülh hökm sürür”.
Əlbəttə, bu onlara elə gəlir. Son 30 illik tarix isə bunun tam əksini deyir. BMT Rusiyaya 30 ildir ki, beynəlxalq sülhyaratma missiyalarında iştirak etmək hüququ verib. Lakin Rusiya isə bu hüquqdan sui-istifadə edib, dünyanın bir çox qaynar nöqtələrində beynəlxalq missiyalardan kənar olaraq özü təkbaşına sülhməramlı rolunda çıxış etməyə can atır.
Yeri gəlmişkən, elə bu bilbordun da təxminən 30 yaşı var. Bu bilbord hazırda Rusiyanın Moldovadan zorla qoparıb separatçı ruslara “peşkəş, hədiyyə” etdiyi Dnestryanı ərazidə, Tiraspolda Rusiya “sülhməramlı”larının düşərgəsində dikilib (buna bənzər bilbordlar, heykəllər və sloqanlara Rusiya “sülhməramlı”larının müvəqqəti məsuliyyət zonasına daxil olan Azərbaycan ərazilərində də rast gəlmək olar).
Rusiya “sülhməramlı”ları özləri də çox qəşəng bilirlər ki, onlar ayaqlarının dəydiyi hər yerə qan-qada, müsibət, dağıntı, separatizm, daimi gərginlik gətirirlər. Ona görə də rusları yalnız “fəlakət göyərçinləri” adlandırmaq düzgün olardı.
Kremlin özü “sülhməramlı” adı ilə bu və ya digər ölkəyə soxduğu hərbi kontigentlərə heç vaxt sülhməramlı kimi baxmır. Kreml onları işğalçı qüvvə, zərbə qüvvəsi rolunda görür. Ona görə də bu və ya digər ölkəyə “sülhməramlı” kimi soxulan ruslar sonradan həmin ölkələri tərk edib öz ölkəsinə geri dönmək əvəzinə, əksinə, min cür bəhanə ilə, hiylə ilə həmin ölkələrdə qalmağa və vəziyyəti gərginləşdirməyə davam edirlər.
Rusiya ilk olaraq sülhməramlılıq missiyasına 1992-ci ilin iyulunda Moldovadan başlayıb. Həmin vaxtdan düz 30 il keçir. Rusiya sülhməramlılarının orada qalma müddəti çoxdan başa çatıb. Lakin Rusiya “sülhməramlı”ları qır-saqqız kimi Moldovanın yaxasından yapışıb, bu ölkəni heç cürə tərk etmək istəmirlər.
Rusiya “sülhməramlı”larının qonşu Gürcüstanın başına gətirdiyi müsibətləri, Abxaziya və Cənubi Osetiyadakı biabırçılıqları, vəhşilikləri də yəqin ki, yaxşı bilirsiniz.
Tacikistan, Bosniya-Herseqovina, Kosova, Anqola, Çad, Syerra-Leone, Sudan, Suriya, Liviya, Mərkəzi Afrika Respublikası, Mali, Liviya da Rusiya “sülməramlı”larının və ya “Vaqner”çilərin öz gəlişləri ilə sülh ovalığına, güllük-gülüstana çevirə bilmədikləri, əksinə, qan çanağına döndərdikləri ölkələr sırasındadır.
Və ən maraqlısı da budur ki, dünya birliyi Rusiyanın adı çəkilən ölkələrdəki “sülhməramlı” kontingentlərini sülhməramlı kimi tanımır və onlara sülhməramlı mandatı vermir. “Vaqner”çilər isə ümumiyyətlə, lap çoxdan dünya birliyinin “qara siyahı”sındadır.
Lakin Rusiya isə bütün bunlara baxmayaraq özünü nəyin bahasına olursa olsun, hər vəchlə sülhməramlı kimi sırımağa davam edir. Elə bu sırtıqlığına görə də Rusiyanın “sülhməramlı”lığı heç bir “qaynar nöqtə”də müsbət nəticə vermir. Çünki özü özünü sülhməramlı elan edən Rusiya beynəlxalq nəzarətin olmamasından istifadə edib “sülhməramlı” xidməti göstərdiyi ölkələrdə ədalətli, obyektiv və neytral mövqe tutmaq əvəzinə, tərəflərdən birinin xeyrinə çıxış etməyə və bu yolla öz maraqlarını təmin etməyə çalışır.
Hazırda Rusiyanın Azərbaycan ərazilərindəki “sülhməramlı” qüvvələri də eyni “ssenari” üzrə hərəkət edir. Onlar 2020-ci ilin 10 noyabrdında torpaqlarımıza ayaq basdıqları ilk gündən ermənilərin keşikçisi, himayəçisi, havadarı rolunda çıxış etməyə başlayıblar. Ekoloqlarımızın və dağ-mədən mütəxəssislərimizin ermənilər tərəfindən talan edilən yataqlara buraxılmamasının kökündə də məhz Rusiya “sülhməramlı”larının birtərəfli, qərəzli mövqe tutmaları dayanır.
“Sülhməramlı”lar yataqlarımızı talan edən Ermənistan hökuməti ilə və Ruben Vardanyan adlı avantürist milyarder ilə işbirliyi qurub. Talan edilən sərvətlərimizin bir hissəsi “sülhməramlı”ların komandanı general Andrey Volkova çatır. Kreml isə bütün bu biabırçılıqlara qəsdən göz yumur. Çünki “sülhməramlı”ların separatçılarla və Ermənistan hökuməti ilə işbirliyində olması Kremlin planlarına yarayır.
Kremlin məqsədi Qarabağda möhkəmlənməkdir. Və bu mənfur məqsədinə nail olmaq üçün hətta separatçıların başçısı Araik Arutyunyanın adından Putinə müraciət də ünvanlanır ki, “sülhməramlı”ların ailələri də Xankəndiyə gətirilsin...
Putin bundan əvvəl bu cür mənfur planları Abxaziya və Cənubi Osetiyada da “sınaq”dan keçirmişdi.
Lakin Putinin İblisin elçisi rolunda çıxış etməsi çox sürməyəcək. Bizim Kremldə cızılan bütün mənhus planları pozmaq şansımız var...