

Təbrizli millət vəkili: “Məsələ yenidən müzakirəyə çıxarılacaq”
İranlı deputatlar məktəblərdə ana dilində tədrisə niyə “yox!” dedilər?
... Etnik və yerli dillərin tədrisi layihəsi müzakirəyə çıxarıldı
İlk uşaq kitabının müəllifi, yazıçı, Təbrizdə ilk lal-kar uşaq bağçasının yaradıcısı Cabbar Əsgərzadə
Beynəlxalq Ana dili günü Təbrizli uşaqların ruhumuzu bədənimizdə oynadan ifasından sonra gözlərimiz yaşlı qaldı
... Yaxud aşağılıq kompleksi bizdən nələri və necə alır?
Güney Azərbaycan taleyinə özü qərar verdiyi zaman həqiqi mənada “baş” ola bilər
Yaxud “Heydərbabaya salam” şeirinin gücü...
Bəs, birləşməyimiz üçün nə etməliyik?
Güneyli fəal İran futbol komandasının azarkeşlərimin türkləri təhqir etməsinə cavab verib
Aqşin Ağkəmərli Təbrizdə qəflətən yoxa çıxıb
Fars-molla rejimi Güney Azərbaycanda repressiyaları gücləndirib
Təhlükəsizlik qüvvələri iki gənci saxlayıblar, bir tələbə isə aylardır qeyri-müəyyən vəziyyətdə həbsdədir
Dünya Evin zindanında saxlanılan 72 məhbusların taleyindən narahatdır
Rabitə işçiləri yenidən etiraza qalxıblar
Avtomobil şirkətinin işçiləri aşağı maaşa və milli ayrı-seçkiliyə etiraz edir
Milad Cəlili iyulun 12-də Təbriz Mərkəzi Həbsxanasından buraxılıb.
“Araz News” Telegram kanalının məlumatına görə, Təbriz Mərkəzi Həbsxanasında saxlanılan siyasi məhbus Milad Cəlili (Elşən) elektron qandal və 100 milyon tümənlik girovla şərti olaraq həbsdən azad edilib.
O, ötən il noyabrın 28-də İran Kəşfiyyat Nazirliyi qüvvələri tərəfindən həbs edilən türk fəallara dəstək məqsədilə rep mahnısı ifa etdiyi üçün həbs edilmiş və iki ay müddətinə nəzarətdə saxlandıqdan sonra zaminə buraxılmışdı.
Daha sonra bu ilin fevral ayında Təbriz İnqilab Məhkəməsi tərəfindən “sistem əleyhinə təbliğat aparmaq” ittihamı ilə 8 ay həbs cəzasına məhkum edilmişdi.
May ayında Şərqi Azərbaycan vilayətinin Apellyasiya Məhkəməsi “pantürk məhkumlara dəstək olaraq rep musiqisi ifa etmək və sistemə qarşi təbliğat fəaliyyəti göstərmək” ittihamı ilə verilən 8 aylıq həbs cəzasını qüvvədə saxladı.
Reper Milad Cəlili həbs cəzasını çəkmək üçün ötən ay Təbriz Mərkəzi Həbsxanasına köçürüldü və həbsdə olduğu müddətdə Evin həbsxanasında saxlanılan milli fəallara dəstək məqsədilə aclıq aksiyası keçirmişdi.