Evin zindanında aclıq aksiyası
Siyasi məhbus Əbdüləziz Əziminin səhhəti ilə bağlı narahatlıqlar artır
Hamid MƏLİKOĞLU
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Fars-molla rejimi dünya şöhrətli azərbaycanlını edama hazırlaşır
Professor Əhmədrza Calali təkadamlıq kameraya köçürülüb
-
Təbrizli millət vəkilinin etiraz çıxışı
“Biz nə üçün Azərbaycanda türkcə yazıb oxumamalıyıq?!”
-
Təbriz bazarında böhran
Ağır iqtisadi vəziyyətə etirazlar başlayıb
-
Təbrizdə qədim şəhər tapıldı
Arxeoloji qazıntı zamanı tapılanlar Elxanilər dövrünə aid ola bilər
-
Böyük FƏDAİ –
“Azadlıq verilmir, alınır!” söyləmiş, Güney Azərbaycanda ilk demokratik milli hökumət yaratmış Şeyx Məhəmməd Xiyabani
-
Universitet müəllimindən irqçi açıqlama
“Fars dilini bilməyən uşaqları ailələrindən ayırmaq lazımdır”
-
«Təbrizin köhnəlmiş infrastrukturu bizi nigaran edir»
Güney Azərbaycanın paytaxtında binaların zəlzələyə davamlılığı narahatlıqları təkrar gündəmə gəlib
-
...Broylerlərdən etiraz
1 faiz qazanc qarşılığında 10 faiz vergiyə...
-
«Kərkük türkdür, türk qalacaq»
Təbrizdə Kərkükü dəstəkləyən bannerlər asılıb
-
«20 aydır maaş almırıq...»
«Azərbaycan Sənayesi İnkişafı Şirkəti»nin işçilərindən etiraz
-
«Danışmaqla hürməyin fərqi»
-
«Gərginlik səngiyir»
Tehranın Evin həbsxanasında saxlanılan milli fəal Əbdüləziz Əzimi Qədimin bir aya yaxın aclıq aksiyası onun xeyli arıqlamasına səbəb olub və ailəsi və yaxınlarının onun səhhəti ilə bağlı narahatlığını artırıb.
Əzimi Qədimin həyat yoldaşı bir müddət əvvəl fəalla görüşmək üçün Təbrizdən Tehrana gedib, lakin həbsxana rəhbərliyi ilk öncə bəhanə ilə onun görüşünə mane olub. Yoldaşının etirazından sonra həbsxana rəhbərliyi nəhayət ki, Əbdüləziz Əzimi ilə görüşə icazə verib.
Evin həbsxanasında saxlanılan bu fəalın yaxınlarından alınan məlumata görə, o, bir aylıq aclıq aksiyasından sonra xeyli arıqlayaraq təxminən 15 kilo çəki itirib. Bu da azərbaycanlı fəalın sağlamlıq durumu ilə bağlı yaxınları və milli fəallar arasında narahatlıq yaradıb.
İyulun 13-də Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsində Əbdüləziz Əzimi Qədim və Tahir Nəqəvinin məhkəmə iclası keçiriləcək.
Əzimi Qədim keçən iyunun 13-də Tahir Nəqəvi və Hüseyn Piri ilə birlikdə aclıq aksiyasına başlayıb və o vaxtdan aksiyanı davam etdirir. Tahir Nəqəvi aclıq aksiyası keçirdiyi dövrdə ən azı üç dəfə həbsxana klinikasına yerləşdirildi və səhhətinə çox mənfi təsir göstərdiyi və infarkt ehtimalı səbəbindən aclıq aksiyasını dayandırıb. Hüseyn Piri isə bir dəfə vəziyyəti pisləşdiyi üçün həbsxana klinikasına yerləşdirildiyi bildirildi.
Evin həbsxanasında saxlanılan fəallar 6 aydan çoxdur ki, qeyri-müəyyən müddətə saxlanılır və prokurorluğun onların müvəqqəti azadlığa buraxılması ilə bağlı razılığına baxmayaraq, Tehran İnqilab Məhkəməsinin hakimi Əbülqasım Salavati onların zaminə buraxılmasına mane olur.