
“Vərəq çevrilib”
Taymaz Urmulu: “Türk mədəniyyəti fars milliyyətçiliyinə maneədir”
Taymaz Urmulu: “Türk mədəniyyəti fars milliyyətçiliyinə maneədir”
Mirzə Rza Babinin gülləsindən Əbədi ziyalıların yalanlarına
Kəsdiyiniz qurbanlar, tutduğunuz arzular qəbul olunsun!
Fars-molla rejimi ideologiyasını qorumaq naminə sərvətimizi qəpik-quruşa Rusiya və Çinə satıb
Fransız diplomat İran Xarici İşlər Nazirliyinə çağırılıb
Azərbaycanda coğrafi adlar – Əralan
Güney Azərbaycanlı dissident kinorejissor İrandakı anti-demokratik təzyiqləri tənqid etməsi ilə tanınır
Farslar qədim türk kəndinin adını necə dəyişdilər?
İl ərzində üç-dörd gün ərzində yeyilə bilinən bitki
“Traktor”un kütləvi dəstəyi və çempionluq sevinci
Millətin Azadlıq səsini heç bir siyasi oyun, heç bir inkar siyasəti boğa bilməz
Fars şovinistləri qiyafətini dəyişər, xasiyyətini yox
Rejimin rəng korluğu psixoloji impotensiyadan qaynaqlanır
Qarasu çayı kimyəvi maddələrlə çirkləndirlir, əhalinin həyatına təhlükə
Çempion doğma meydana daxil olarkən təpədən-dırnağa Türklük ab-havası yarandı
Ərdəbildə cümə axşamı iş olmayacaq, iş saatları 6:00-13:00 aralığına çəkildi
Təbrizin Valman küçəsində həyata keçirilən layihə çərçivəsində aparılan qazıntı əsnasında qədim şəhərin bir hissəsi aşkarlanıb.
İran mətbuatında yayılan məlumata görə, Şərqi Azərbaycan Mədəni İrs İdarəsinin rəisi Murtaza Abdar qazıntının aparıldığı əraziyə gəlib, yerin altından çıxan qədim memarlıq abidələrini nəzərdən keçirib və şəhər layihəsinin dayandırılmasına əmr verib. Qazıntı işləri iyulun 4-də dayandırılıb.
Bələdiyyə və Şəhər Şurası bu günə qədər mətbuata açıqlama verməkdən imtina ediblər.
Şərqi Azərbaycan Mədəni İrs İdarəsinin rəis müavini Əlirza Qoçi də sözügedən əraziyə baş çəkib. O “Təbriz Bidar” agentliyinə bildirib ki, aşkar edilmiş əsərlər Qacarlar, hətta Elxanilər dövrünə aid ola bilər. Bu barədə ciddi araşdırma aparıldıqdan sonra nəticə məlum olacaq”, - deyə o bildirib.
Təbrizdə oxşar əsərlərə bundan əvvəl də qazıntılar zamanı rast gəlinib, lakin rejimin laqeyd münasibəti nəticəsində tarixi əsərlər təxrib edilib. Azərbaycanlılar eyni hadisənin təkrar baş verməsi və aşkarlanan əsərlərin ört-basdır edilməsindən nigarandır.