
Rejim xalqın çörəyinə çöküb
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Güney Azərbaycanın böyük bir şəhərində ekosistem və biomüxtəliflik tamamilə sıradan çıxıb
Güney Azərbaycanda yeni təhsil ilinə bir aydan az qalıb
“Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
İran azərbaycanlı siyasilərin sayının azalmasının səbəbləri
Urmiya gölü – unudulan güzgü, xatırlanan vicdan
Yaponiyanın ayırdığı 7,8 milyon dollar hara xərclənib
Urmiya gölünün xilası üçün Azərbaycan Respublikası və Türkiyədən yardım istəmək lazımdır
Urmiya gölünün tamamilə qurumasının fəsadları
“Ocaq”ın yeni mənası
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin açıqlaması
Hakimiyyət boşluğu şəraitində Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının əsas vəzifələr
Milli iradəsini ortaya qoyan millət boyunduruq altında yaşamaz
... və İran-Azərbaycan münasibəti haqqında
Güney Azərbaycanda Şimali İraq Kürd Bölgəsəl Yönətiminin türk və ərəb torpaqlarında qanunsuz separatçı referendum keçirməsinə qarşı etirazlar artıb.
Azərbaycanlı milli-mədəni fəallar təhlükəsizlik qüvvələrinin bütün təzyiq və təhdidlərinə rəğmən bölgədə gedən təhlükəli oyunları fərq edərək belə bir riskli hərəkətə əl atıblar.Məlumata görə, Təbriz şəhərində üzərində «Kərkük türkdür, türk qalacaq» və «Təbrizdən türkmən qardaşlarımıza dəstək» şüarı yazılmış çox sayda bannerlərə asılıb, belə bannerlərə şəhərin müxtəlif yerlərində rast gəlmək mümkündür.
Referendumla bağlı güney azərbaycanlıları ən çox narahat edən məsələ İraqın şimalında yerləşən Kərkük və digər türk şəhər və kəndləridir. Zəngin neft və qaz yataqlarına malik olan Kərkük və digər türk bölgələri radikal kürdlərin xəyali böyük Kürdüstan xəritəsinə daxil edilib. Bu bölgə son illərdə İraqda baş verən müxtəlif hadisələr zamanı kürd terror qruplaşmalarının hücumuna məruz qalıb və demoqrafik tərkibi müəyyən qədər dəyişdirilib. Şimali İraq Kürd Bölgəsəl Yönətiminin bu bölgəni xəyali Kürdüstana ilhaq etməyə çalışması və orada baş verə biləcək terror aktları bütün türk dünyası, o cümlədən Güney Azərbaycan əhalisinin ciddi nigaranlığına səbəb olub.
Qeyd edək ki, sentyabrın 25-də İraq Kürdüstanında sözdə müstəqillik haqqında referendum keçirilib. Türkiyə, İran, İraq və dünyanın əksər ölkələri referendumun qanunsuz olduğunu, nəticələrini tanımayacaqlarını dəfələrlə vurğulayıblar. Referendum İraqın Kərkük kimi türk şəhərlərini də əhatə edir. Şimali İraq Kürd Bölgəsəl Yönətiminin lideri Məsud Bərzaninin əmri ilə keçirilən referenduma bölgənin türkmən əhalisi kəskin etiraz edir.