vaxtlı-vaxtında oxuyun! Bazar, 1 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
TÜRK DÜNYASI  
09:56 | 27 avqust 2024 | Çərşənbə axşamı Məqaləyə 2628 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yunan nazirin qətliam etirafı

Keçmiş XİN rəhbəri Markulli: “Bu ağır cinayətlərə görə heç kim cəzalandırılmayıb”

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Cənubi Kiprin keçmiş xarici işlər naziri Markulli 1974-cü ildə EOKA (Ethniki Organosis Kyprion Agoniston – Kiprli döyüşçülərin milli təşkilatı) tərəfindən qətlə yetirilən türk uşaqların fotolarını paylaşaraq, “Qatillər məlum idi, amma cəzalandırılmadılar” deyərək üzr istəyib.

Cənubi Kiprin keçmiş xarici işlər naziri Erato Kozaku Markulli 50 il əvvəl törədilən qətliamla bağlı açıqlama verib. Markulli 1974-cü ildə Rum EOKA (Ethniki Organosis Kyprion Agoniston – Kiprli döyüşçülərin milli təşkilatı) terror təşkilatı tərəfindən qətlə yetirilən türk tələbələrin fotosunu paylaşaraq üzr istəyib. 8 il əvvəl 2016-cı ildə oxşar paylaşım edən 75 yaşlı sabiq nazir deyib: “Qatillər hamıya məlum idi, lakin bu ağır cinayətlərə görə heç kim cəzalandırılmadı. Mənim sevimli məsum övladlarım, həyatdan belə qəfil və qəddarcasına köçmənizə çox təəssüflənirəm”, – deyib.

***

Yunan xuntasının dəstəyi ilə EOKA lideri Nikos Sampson 1974-cü il iyulun 15-də Kipri ​​Yunanıstana bağlamaq üçün başlayan Enosis hərəkatının liderlərindən olan Makariosa qarşı çevriliş edərək hakimiyyəti ələ keçirdi. “Akritas Planı” kimi tanınan bu layihə 20 iyul 1974-cü ildə Türkiyənin başlatdığı Kipr Sülh Əməliyyatı ilə pozuldu.

***

EOKA terror təşkilatının Kipr türklərinə qarşı soyqırımı və qırğınları zamanı minlərlə türkün qətlə yetirilib və cinayətlərin üstü açılmayıb. Cənubi Kiprin Vaşinqtondakı səfirliyi vəzifəsini də icra edən keçmiş xarici işlər naziri Markulli 50 ildən sonra sosial media hesabında foto ilə etiraf paylaşıb. Markulli bunları söyləyib: “Bu uşaqlar öldürüldü. Qatillər hamıya məlum olsa da, heç kim məsuliyyətə cəlb edilməyib. Bu ağır cinayətlərə görə heç kim cəzalandırılmayıb. Əziz balalarım, məsum övladlarım, bu gün 56-57 yaşınız olacaqdı. Yəqin ki, çoxunuz xoşbəxt ailə quracaq, övladlarınız, nəvələriniz olacaqdı. Bu günə qədər cinayətkarları cəzalandırmaq üçün heç bir iş görməyən dövlətin vətəndaşları olaraq dəyərsizik".

***

Markulli 1974-cü ildə Maraş İbtidai məktəbi şagirdlərinin fotoşəkilini yayımlayıb: “Bu fotoşəkildəki bütün uşaqlar (əsir kimi saxlanılan müəllimləri və ailəsi ilə birlikdə gizlənərək sağ qalan Şəfəq Nihatdan başqa) 14 avqust 1974-cü ildə “EOKA” terror təşkilatının üzvləri tərəfindən öldürülüb. Son sırada sağdan ikinci uşaq olan Şəfəq sonradan kütləvi məzarlığın yerini göstərib”.