vaxtlı-vaxtında oxuyun! Bazar, 10 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
DİASPOR  
12:54 | 23 may 2022 | Bazar ertəsi Məqaləyə 1584 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Almaniyadakı soydaşlarımız təşkilatlanır

Həqiqi fəaliyyət göstərən, real iş görən birlik yarandı

MÖVZU İLƏ ƏLAQƏLİ

Almaniyada yaşayan azərbaycanlılar yeni diaspor təşkilatı yaratdı. İcmanın qurucularından olan Fəxrəddin Hacıbəylinin sözlərinə görə, Almaniyadakı Azərbaycan İcması (AGD – “Aserbaidschanische Gemeinde in Deutschland”) mayın 22-də təsis olunub. “Uzun illərdir çalışırdıq həqiqi fəaliyyət göstərən, real iş görən bir birlik yaradaq. Müəyyən səbəblərdən birlik alınmırdı. Nəhayət ki, Qarabağda əldə edilən qələbədən ruhlanaraq burada da təşkilatlanmaq qərarına gəldik”, ­– deyə, F.Hacıbəyli qeyd edir.

Bu gün AGD adından dünya azərbaycanlılarına, o cümlədən Almaniyada yaşayan soydaşlarımıza müraciət ünvanlanıb:

“Əziz həmvətənlilər,

Böyük qürur və sevinc hissi ilə bölüşmək istəyirik ki, 22 may 2022-ci ildə Almaniyada yaşayan azərbaycanlıların vahid təşəbbüsü ilə yaradılan “Almaniyadakı Azərbaycan İcması” (AGD –Aserbaidschanische Gemeinde in Deutschland e.V.) ictimai birliyinin təsis toplantısı baş tutdu.

Yığıncaqda iştirakçılar Almaniyanın müxtəlif bölgələrində yaşayan azərbaycanlıların vahid yumruq şəklində sıx birləşərək fəaliyyət istiqaməti Almaniyada Azərbaycan mədəniyyəti və tarixinin təqdimatı, mədəni əlaqələrin gücləndirilməsi, Almaniyada yaşayan azərbaycanlıların şəbəkələşməsi, bu ölkəyə inteqrasiyası və həmçinin yerli alman təşkilatları ilə əməkdaşlıq sahələrini əhatə edəcək cəmiyyəti təsis etdilər.

Təsis toplantısında AGD-nin nizamnaməsi qəbul edildi, habelə təşkilatın idarə heyəti səsvermə ilə müəyyənləşdirildi. İdarə Heyətinin Qurban Məmmədov (sədr), Dr. Fərhad Cəfərli (sədr müavini), Nərmin Əbilova (katib), Ofeliya Babayeva Ergün, Dr. Qurban Ələkbərov, Elşən İsmayıl və Fəxrəddin Hacıbəylidən ibarət komanda ilə fəaliyyətə başlamasına qərar verildi.

Əziz soydaşlar, AGD-nin yaradılması münasibətilə hər birinizi təbrik edir, Vətənimizə və millətimizə xeyirli, uğurlu olmasını arzu edirik.

Almaniyada yaşayan bütün həmvətənlərimizi AGD-nin gələcək fəaliyyətinə qoşulmağa və fəal olmağa səsləyirik”.

Vaxt.Az təşkilatın idarə heyətini formalaşdırarkən gender bərabərliyinə böyük önəm verən Almaniyadakı Azərbaycan İcmasına uğurlar arzulayır. Saytımız öz növbəsində, təmənnasız olaraq, AGD-yə informasiya dəstəyi göstərəcəyini və qurumun fəaliyyətinin işıqlandırlmasına önəm verəcəyini vəd edir.