vaxtlı-vaxtında oxuyun! Cümə, 29 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
REGİON  
12:15 | 20 noyabr 2017 | Bazar ertəsi Məqaləyə 2930 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Türkmənistanda fantastik bahalaşma və absurd tələb

«Ya uşaqlarını dövlət bağçasına qoy, ya da işdən çıx»

MÖVZU İLƏ ƏLAQƏLİ

Artıq bir neçə həftədir ki, Türkmənistanda dövlət uşaq bağçalarının qiyməti düz 10 dəfə artıb. Nəticədə bağçaların çoxu boş qalıb, bu ölkədə son dərəcə nadir hadisə olan ictimai etirazlar başlayıb və hətta bir dövlət məmuru etirazçılarla ünsiyyətə girdiyinə görə həbs edilib.

Qəzəbli valideynlər deyirlər ki, məmurlar əhaliyə təzyiq göstərərək, ailələri uşaqlarını dövlət bağçalarına qoymağa məcbur edir, bununla dövlət bağçalarında boş qalmış yerləri doldurmağa çalışırlar. Çünki dövlət bağçalarına daha az uşaq gedəndə onsuz da büdcəsi kiçilmiş dövlətə gedən pul azalır.

 

2.80 dollardan 22.80 dollara

 

Paytaxt Aşqabadda, Daşoğuz və Balkan vilayətlərində məmurlar dövlət sektorunda çalışan işçilərə bağçayaşlı uşaqlarını dövlət bağçalarına qoymağı əmr edib, əks halda onları işlərini itirəcəkləri ilə hədələyiblər. Bu məlumatı bir neçə yerli sakin verib.

Daşoğuz vilayətinin şimalında yaşayan sakinlərdən birinin sözlərinə görə, noyabr üçün qiymətlər 2.80 dollardan 22.80 dollara qaldırılıb. Buna görə bir çox valideyn uşaqlarını evdə saxlamaq qərarına gəlib.

Daşoğuz vilayətinin başqa bir sakini isə yeni qiymətlərin bu kənddə əksər ailələrin büdcəsinin yarısına bərabər olduğunu deyib. Onun sözlərinə görə, tarlada işləyən qadınların bəziləri bağçanın yeni qiymətləri ilə ayaqlaşa bilmədiklərinə görə uşaqlarını özləri ilə sahəyə aparırlar.

Anonimlik şərti ilə danışan hər iki sakin hökumətin onları cəzalandıra biləcəyindən ehtiyatlandıqlarını deyiblər.

Ötən ay bağça qiymətlərinin artırılmasına dair kiçicik bir replika bir yerli təhsil məmurunun həbsiylə sonuclanıb.

Yerli sakinlərin sözlərinə görə, əvvəllər 200-dək uşağın müntəzəm getdiyi bağçaya hazırda təxminən 15 uşaq gəlir.

 

«Uşaqları dövlət bağçalarına qoyun»

 

Həmin sakinlərlə dövlət idarəsində xüsusi iclaslar keçirilib və iclaslarda əməkdaşlara uşaqlarını dövlət bağçalarına qoymaq əmri verilib.

Çox ciddi nəzarət altında olan Türkmənistandan informasiya almaq son dərəcə çətin olduğundan ölkənin başqa yerlərində də oxşar əmrlərin verilib-verilmədiyi bəlli deyil.

Bağça qiymətlərinin artırılacağı xəbəri ilk dəfə ötən ay verilib. Bunun ardınca Daşoğuzda ölkədə çox nadir hallarda baş verən hadisə qeydə alınıb: oktyabrın 10-da çoxu qadın olan onlarla insan yerli təhsil şöbəsinin qarşısına toplaşaraq etiraz edib. Şöbə rəisi etirazçılara deyib ki, gedib vilayət rəhbərinin idarəsi qarşısında şikayət etsinlər. Anonimlik şərti ilə danışan iki məmur bildirib ki, etirazçılar vilayət rəhbərliyinin binasına tərəf getdikləri zaman yolda OMON – xüsusi təyinatlı polis dəstəsi onları saxlayıb. Etirazçılara vilayət rəhbərliyinə şikayət etməyi məsləhət görən şöbə rəisi isə işdən çıxarılaraq həbs edilib. Üstəlik, ona hökumətə qarşı üsyana çağırmaq maddəsi ilə iş açılıb. Həbs edilmiş məmurun yerli uşaq bağçasında çalışan həyat yoldaşı da işdən qovulub.

 

Məmurun adını açıqlamırlar

 

Həbs edilmiş təhsil məmurunun həmkarları baş verənləri, irəli sürülən ittihamları təsdiqləsələr də, onun adını çəkməkdən imtina ediblər. Həmkarları həmin şəxsin təqribən 50 yaşında olduğunu söyləyiblər. Həmkarları həmçinin bildiriblər ki, dövlətin həmin şəxsə təyin etdiyi vəkil işin ağırlığını bəhanə gətirərək, onu öhdəsinə götürməkdən imtina edir. Dediklərinə görə, hazırda ailə başqa vəkil tutub.

Uşaq bağçalarında davamiyyətin azalması onsuz da dünyada neft və qaz qiymətlərinin azalmasına görə ağır günlərini yaşayan Türkmənistan büdcəsinin üzləşdiyi ən son zərbədir.

Asiya İnkişaf Bankının (AİB) məlumatına görə, ölkənin ümum daxili məhsulunun (ÜDM) artımı 2012-ci ildəki 11.1 faizdən 2016-cı ildə 6.2 faizə enib.

Bu vaxta qədər təbii qaz, elektrik və suyun əhaliyə pulsuz verildiyi Türkmənistanda bütün bu subsidiyalar ləğv edilib. Sadə vətəndaşlarsa maaşlarının gecikdirildiyini bildirirlər.