Dördə ölkədən keçəcək kəmər
Aşxabad və Dehli Azərbaycanın təcrübəsindən faydalana bilərlər
Elxan ŞAHİNOĞLU
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Üç Türk lider bölgənin iqtisadi xəritəsini dəyişir
ABŞ-ın narazı qaldığı məqam
-
Azərbaycan-Türkmənistan əlaqələrinin inkişafı məmnunluq doğurur
Birgə Hökumətlərarası Komissiya Bakıda toplanıb
-
“Bölgə ölkələri asılı olmamalıdır”
Vaşinqtonun nəzəri Mərkəzi Asiyadadır
-
Türk dövlətlərinin NATO-su
Bu təkcə Rusiyaya deyil, Qərb üçün də arzuolunan deyil
-
“Avropa bazarını unudun”
Rusiyadan Türkmənistana xəbərdarlıq
-
Tərəzinin Rusiya tərəfi ağırlaşır
Aşqabad Türkmənistan-Rusiya ikili vətəndaşlığı olanlara pasport verəcək
-
Ortada qalan Orta Asiya
Müharibə başlayandan Türkiyə və Çin bölgədə fəaliyyətini hiss olunacaq dərəcədə gücləndirib
-
Orta Asiyada su qıtlığı
Türkmənistan problemi çözmək üçün Xəzərə üz tutur
-
Türkmənistan ixracatı 2 dəfə artırıb
Rusiya Azərbaycanı strateji bəyanatı pozmaqda günahlandırır
-
Rusiya kanallarının peyk yayımı kəsilib
Provayderlər ehtiyat yayımı üzərində işləyir
-
Mərkəzi Asiya təzyiq altındadır
Lavrov Çin və Hindistandan əliboş dönüb
-
Türkmənistanda çörək talonları
Artıq alanlar həbs olunacaq
-
“Kişi ölməyib, sağdı …”
Yaşadıqlarını sübut etmək üçün uzun növbələrdə gözləyən pensiyaçılar...
-
Ölüm-dirim məsələsi ...
... Yaxud iki dünya arasında keçən həftəsonu
-
“Anasının yanında gedib”
Berdiməhəmmədov Almaniyadadır?
-
Berdiməhəmmədov ölüb?
Rusiya KİV-i Türkmənistan prezidenti haqqında məlumat yaydı
Türkmənistanın yeni prezidenti Sərdar Berdiməhəmmədov dövlət başçısı seçildikdən sonra Aşxabadda ilk rəsmi qonağını – Hindistanın prezidenti Ram Nat Kovindi qəbul edib.
Bu səfərin əhəmiyyəti nədir və Hindistan üçün Türkmənistan nədən bu qədər vacib ölkədir?
Dehlinin Mərkəzi Asiya ölkələrinə marağı artıb. Bu mənada Ram Nat Kovind Türkmənistanı Hindistan üçün vacib tərəfdaş adlandırıb. Prezidentlər Aşxabadda 4 memorandum imzalayıblar. Hindistan BMT Təhlükəsizlik Şurasının daimi üzvü olmaq istəyir və bu məsələdə müxtəlif dövlətlərin dəstəyinə ümidlidir. Sərdar Berdiməhəmmədov bu məsələdə hindli həmkarına dəstək vədi verib.
Türkmənistan illərdir neytral xarici siyasət həyata keçirir. Bu Hindistanın da maraqlarına uyğundur. Çünki ətraf ölkələr Çinlə əməkdaşlıqlarını strateji səviyyəyə qaldırdıqda bu Dehlinin narahatlığına səbəb olur. Dehlidə hesab edirlər ki, Pekin qonşu ölkələrlə strateji əməkdaşlıqdan Hindistana qarşı istifadə edə bilər. Sadəcə, problem ondadır ki, Çin Mərkəzi Asiya ölkələrinə gərəkli yatırımlar və ortaq layihələr təklif edir. Hindistan bu sahədə Çindən geri qalır. Ancaq Dehli son illər Pekindən bu geriləməni azaltmağa çalışır. Misal üçün Aşxabadda İran üzərindən Türkmənbaşı (Türkmənistan) – Çabahar (Hindistan) limanları arasında əlaqənin qurulması və bu istiqamətdə ticarətin artırılması yolları müzakirə olunub. Hindistan şimal-cənub layihəsinə qoşularaq Türkmənbaşı limanından istifadə etməyi planlaşdırır.
Aşxabadda Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan boru xəttinin tikintisi də müzakirə olunub. İqtisadiyyatı böyüyən Hindistanın əlavə qaza ehtiyacı var. Bu boru xətti tikilərsə, Türkmənistanın Rusiya və Çinlə yanaşı Hindistana da birbaşa qaz nəql edə biləcək. Bu boru xəttinin istifadəyə verilməsi bölgədə gərginliyin azalmasına da müsbət təsiri olacaq. Əfqanıstan tranzit ölkəyə çevrilməklə boru xəttindən gərəkli maliyyə əldə edəcək, Pakistanla Hindistan arasındakı münasibətlərdə əməkdaşlıq artacaq.
Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan boru xətti ilə ildə 33 milyard kubmetr qazın nəqli nəzərdə tutulub. Boru xətti Əfqanıstanın Gerat və Kandahar, Pakistanın Kvetti və Multan şəhərlərindən keçərək Hindistanın Fazilka şəhərinə qədər uzanacaq. Türkmənistan öz ərazisində lazımi çalışmaları yekunlaşdırıb, Əfqanıstan ərazisində ləngimə var. Hindistan prezidenti boru xətti ilə bağlı texniki məsələlərin ekspertlər səviyyəsində müzakirəsini təklif edib. Əslində bu məsələdə Azərbaycanın təcrübəsindən istifadə oluna bilər.
Rəsmi Bakı Avropaya uzanan TAP boru xətti ilə bağlı bir neçə il əvvəl Cənub Qaz Dəhlizi Məşvərət Şurasını təsis etdi. Boru xəttinin tikintisi və ondan sonrakı dövrdə hər il Bakıda boru xəttinin keçdiyi ölkələrin enerji nazirləri bir araya gələrək qazın nəqliylə bağlı məsələləri, o cümlədən nəqlin artırılması imkanları müzakirə etdilər. Bu ilin fevralın 22-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısı keçirildi. Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan boru xətti çərçivəsində də boru xəttinin keçdiyi ölkələrin oxşar Məşvərət Şurasının yaradılmasına ehtiyac var. Bu boru xəttinin keçdiyi ölkələr arasında siyasi dialoqun inkişafına da təkan verərdi.