Rusiya kanallarının peyk yayımı kəsilib
Provayderlər ehtiyat yayımı üzərində işləyir
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Dövlət başçısını hiddətləndirən evlilik təklifi
Caparov qardaşı qızının nişanlısını həbsxanaya salıb
-
Üç Türk lider bölgənin iqtisadi xəritəsini dəyişir
ABŞ-ın narazı qaldığı məqam
-
Azərbaycan-Türkmənistan əlaqələrinin inkişafı məmnunluq doğurur
Birgə Hökumətlərarası Komissiya Bakıda toplanıb
-
“Bölgə ölkələri asılı olmamalıdır”
Vaşinqtonun nəzəri Mərkəzi Asiyadadır
-
Türk dövlətlərinin NATO-su
Bu təkcə Rusiyaya deyil, Qərb üçün də arzuolunan deyil
-
“Avropa bazarını unudun”
Rusiyadan Türkmənistana xəbərdarlıq
-
“Molkino xutoruna gəlin”
Qırğızıstan vətəndaşları da müharibəyə aparılır
-
“Açıq-saçıq gəzməsəydilər, ət bahalanmazdı”
Molla qadınların dar paltar geyinməsinin qarşısını almağa çağırıb
-
Pekin Bişkəki küncə sıxıb
Qırğızıstanın müstəqilliyinə təhdid mövcuddur
-
Rusiya Bakıda verdiyi sözü 3 gün sonra pozdu
Qarabağda müharibə başlayır?
-
Tərəzinin Rusiya tərəfi ağırlaşır
Aşqabad Türkmənistan-Rusiya ikili vətəndaşlığı olanlara pasport verəcək
-
Ortada qalan Orta Asiya
Müharibə başlayandan Türkiyə və Çin bölgədə fəaliyyətini hiss olunacaq dərəcədə gücləndirib
-
Orta Asiyada su qıtlığı
Türkmənistan problemi çözmək üçün Xəzərə üz tutur
-
Türkmənistan ixracatı 2 dəfə artırıb
Rusiya Azərbaycanı strateji bəyanatı pozmaqda günahlandırır
-
Mərkəzi Asiya təzyiq altındadır
Lavrov Çin və Hindistandan əliboş dönüb
-
Türkmənistanda çörək talonları
Artıq alanlar həbs olunacaq
Qırğızıstanda və Türkmənistanda Rusiyanın bir sıra böyük televiziya kanalları efirdən çıxarılıb. Beynəlxalq peyk provayderləri Ukraynaya əsassız hücumla bağlı Rusiyaya sanksiyalar çərçivəsində siqnalın ötürülməsini dayandırıblar.
Türkmənistanın ən böyük kommunikasiya operatoru – Aşqabad Şəhər Telefon Şəbəkəsi (ASTU) həftəsonu bildirib ki, Rusiya Müdafiə nazirliyinin telekanalı olan “Zvezda”nın və “Rossiya 1”in yayımını bərpa etməyə çalışır.
Ölkədə Rusiyanın digər telekanalları göstərir. Bu ölkədə Rusiya telekanalları kabel və IP-televiziya ilə yayımlanır.
Qırğızıstanda isə Aknet yerli TV provayderi bildirib ki, Rusiyanın “Zvezda”, “Rossiya 24”, “Rossiya Kultura” telekanalları mayın 27-dən göstərmir, səbəb “bir sıra ölkələrin Rusiyanın bütün TV kanallarının yayımını məhdudlaşdırmasıdır”. Provayder kanalların ehtiyat yayımı üzərində işlədiyini bildirib.
Bir sıra ölkələr Rusiyanın Dövlət Televiziya və Radio Korporasiyasına (VGTRK) qarşı sanksiyalar elan edib, bu media holdinqinin Rusiyanın Ukraynaya qarşı əsassız müharibəsini, Kremlin münaqişəylə bağlı mövqeyinin əsaslandırılmasında böyük rol oynadığı bildirilib.