Türkiyə film sənayesinə zərbə
Məşhur serial istehsalçıları və menecerlik şirkətləri araşdırma altında
08:14 | 12 oktyabr 2022 | Çərşənbə
Məqaləyə 1564 dəfə baxılıb
Şriftin ölçüsü
Məşhur serial istehsalçıları və menecerlik şirkətləri araşdırma altında
Ankara alyansın son zamanlardakı ən gərgin toplantısına ev sahibliyi etməyə hazırlaşır
Kremlə gözlənilməz zərbə
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Yaxud müharibəni udub, sülhü uduzmaq təhlükəsi
Biri uşaq olmaqla 8 nəfər ölüb, 33 nəfər yaralanıb
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Paşinyan seçki mitinqində yeni neft qaz və qaz kəməri layihəsini elan etdi
Trampın Paşinyana dəstəyi Ermənistanda seçki gündəmini dəyişdi
Tokayev: “Türk Dövlətləri Təşkilatı hərbi ittifaqa çevrilməməlidir”
Minlərlə tələbə başqa ali məktəbə köçürülür
“Əlamətdar gün xalqlarımız arasındakı davamlı dostluq barədə düşünmək üçün dəyərli fürsətdir”
Ermənistandan vacib Türkiyə həmləsi
Super ulduz Türkiyə milli komandası üçün yeni marş bəstələyir?
Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətə start verilir
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
Kremlin cəbhədə məğlubiyyətini anlamaq üçün sadəcə səfərbərlik, şəhərləri vurması, Belarusu işə salmasına baxmaq lazım deyil. Rusiyanın ətrafına baxın. Məsələn, Moskvanın bu günə qədər Mərkəzi Asiyadakı təsiri ilə bağlı yəqin ki, hansısa xatırlatma etməyə ehtiyac yoxdur. Lakin, bu gün Mərkəzi Asiya müstəqil qərarlar verməyə başlayıb və Rusiyadan uzaqlaşmaq xətti tutublar. Məşhur analitiklər hər zaman Mərkəzi Asiya ilə bağlı danışarkən “Gün gələcək ki, Mərkəzi Asiya proseslərin düz mərkəzində olacaq” deyirdilər.
O gün gəldi. Mərkəzi Asiyanın tərəfi, istiqaməti bəllidir. Türkiyə və Türk Dövlətləri Birliyi! Bu istiqamətdə Azərbaycan heç də Türkiyədən az iş görmür. Bişkeklə Azərbaycan qardaşlaşdı. Bundan əlavə Özbəkistan ilə, Qazaxıstan ilə, Qırğızıstan ilə bağlanan hərbi əməkdaşlıqla bağlı sənədlər sadə məsələlər deyil. Perspektivdə Türk Dövlətləri Birliyinin hərbi təşkilat quracağı halda zəmin hazırlanır. Bu çox vacib və həyatı əhəmiyyət daşıyır. Ona görə ki, TDB sadəcə humanitar təşkilat ola bilməz və bunun hər hansı ciddi nəticəsi olmaz. Xatırlayırsınızsa, Sergey Lavrovun bununla bağlı ilk günlərdə belə bir açıqlaması var idi ki, “Belə birlik yaransın. Bu bizim üçün təhlükəli deyil. Lakin, hərbi təşkilata çevrilərsə o zaman təhlükəlidir”. Təxminən bu istiqamətdə açıqlamalar onu göstərirdi ki, belə bir hərbi birlik özümüzdən başqa kimsənin maraqlarına cavab vermir.
Əsas sual budur: “Mərkəzi Asiya ölkələri ilə belə bir təşkilat qura biləcəyikmi?”
Orta Asiya ölkələrində sadəcə Rusiyanın təsiri yoxdur, eyni zamanda Qərbin, Çinin çox ciddi investisiyaları var və bu istənilən zaman həmin ölkələr üçün həm də təhlükəlidir. Çünki, həmin investisiyalar yatırılarkən sadəcə iqtisadi deyil, həm də siyasi-hərbi, strateji dividentlər hesablanıb. Artıq reallıq, ümumi mənzərə bir qədər fərqlidir. Belə ki, bu birlik həm də buna zidd duran ölkələrin diqqətini çəkir. Daha dəqiq desək Rusiya da perspektivdə bu birlikdə təmsil olunmaq istəyə bilər. Bu isə o deməkdir ki, yeni bir güc, regional deyil, qlobal güc olan Türkiyə meydana çıxır. Bir qədər mövzudan kənar olsa da qeyd etməliyəm ki, sadəcə bu bölgələrdə deyil, eyni zamanda Zəngəzur dəhlizi açıldıqdan sonra Ermənistan da Türkiyənin bilavasitə təsir dairəsinə düşəcək. Bu mənada düşünürəm ki, bu məqamda TDB ölkələri arasında bu istiqamətdə daha dərin, daha ciddi işlər görməliyik. Bəlkə də bəziləri bu birliyi bir qədər ciddi baxmır. Sadəcə bir misal göstərim ki, Macarıstan da bu birlikdə müşahidəçi statusu daşıyır. Bu birlik təkcə Rusiyaya deyil, Qərb üçün də arzuolunan deyil. Ona görə də çox işləmək lazımdır. Hər şeydən öncə isə iqtisadi münasibətlər daha da dərinləşməlidir. Nəyə görə bu bölgədə də bir Aİ modeli olmasın ki?