Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
01:23 | 26 iyul 2022 | Çərşənbə axşamı
Məqaləyə 3020 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Qırğızıstan vətəndaşlarını da Mərkəzi Asiyanın başqa ölkələrində olduğu kimi Ukrayna müharibəsində vuruşmaq üçün Rusiya ordusuna səfərbər edirlər. Bu barədə araşdırma nəticələrini jurnalist Ali Toktakunovun başçılığı altında “Mediahub” ictimai fondu özünün “YouTube” kanalında dərc edib.
Bu araşdırmada iddia olunur ki, sosial media şəbəkələrində Mərkəzi Asiya ölkələrinin sakinlərini, xüsusilə də Qırğızıstan və Özbəkistan vətəndaşlarını Rusiyanın “Wagner” özəl hərbi şirkətində işə çağıran elanlar dərc edilir.
Elanlarda söhbət konkret olaraq Ukraynadan yox, Rusiyanın müxtəlif regionlarından gedir.
Elanlarda göstərilir ki, namizədlər Rusiyanın ucqar regionlarında “sənaye obyektlərinin mühafizəsi” ilə məşğul olacaqlar.
***
Lakin jurnalistlər elanlarda göstərilən nömrələrə zəng etdikdə onlara tamamilə başqa bir iş – Ukraynada aparılan “xüsusi əməliyyatda” iştirak təklif edilib və aya 240 min rubl (4102 dollar) maaş vəd olunub.
Bu da bildirilib ki, işə götürən təşkilat Rusiya Müdafiə Nazirliyinin maraqları üçün işləyir, amma xəsarət alanlara heç bir kompensasiya nəzərdə tutulmur.
İşə qəbul olunmaq istəyənlərə Krasnodar diyarının Molkino xutoruna gəlmək təklif edilir. Bundan əvvəlki jurnalist araşdırmaları müəyyən etmişdi ki, bu kənddə “Wagner” özəl hərbi şirkətinin bazası yerləşir.
***
Qırğızıstan vətəndaşlarının ölkə xaricindəki münaqişələrdə iştirakı cinayət əməli hesab edilir. Bir sıra medialar “Wagner” özəl hərbi şirkətinin müxtəlif ölkələrdə muzdlu əsgər toplaması barədə məlumat vermişdilər.
Digər tərəfdən Rusiya hakimiyyəti ölkədə hər hansı özəl hərbi şirkətin olmasını inkar edir. Halbuki bu təşkilat və onun döyüşçüləri barədə kremlyönlü media da xəbərlər yayır. İndiyədək azı iki Qırğızıstan vətəndaşının Ukraynada həlak olduğu məlumdur.
Xəbər verilirdi ki, Ruslan Polatov və Amanbek Kurbanbayev Rusiya qoşunlarının tərəfində döyüşüblər. Lakin onların ora necə gedib çıxmaları və kim tərəfindən səfərbər olunmaları barədə məlumat yoxdur.
Bu da qeyd olunmalıdır ki, Rusiya regionlarında da Ukrayna müharibəsində iştirak üçün könüllülər toplanır. Amma onlar Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalayırlar.