
SÜLH QƏLƏBƏMİZDİR
Hafizəmizdən silinməyəcək mənzərə
Hafizəmizdən silinməyəcək mənzərə
... Himn boyda adam
... Yaxud Vaşinqton görüşü və Azərbaycanın sülh gündəmi
... suyu bulandırmağa çalışmasın
Bakı və İrəvan barışa yaxınlaşaraq Moskvanı Cənubi Qafqazdan uzaqlaşdırır
Rusiya Cənubi Qafqazdan sıxışdırılır
Birbaşa aparılan danışıqlarda irəliləyiş əldə olunub
Azərbaycan-Ermənistan arasında ən kritik görüş başladı
Sülh müqaviləsi imzalanacaqmı?
İlham Əliyevlə dost olan BƏƏ liderinin Paşinyanla da münasibəti yaxşıdır
Pezeşkianın Azərbaycana səfəri şovinistləri odlandırıb
Pezeşkian Azərbaycanla bağlı iddiaları təkzib etdi
Pezeşkianın Əliyevə sayğısı panfarsistlərə dərs oldu
Fərid Əsgərov Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi təyin olunub
Hansı müavinət və təqaüdlər və nə qədər artırıldı?
Prezidentin Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbriki
ABŞ dövlət katibi Entoni Blinken bu gün həm Azərbaycan prezidenti İlham Əliyevə, həm də Ermənistanın baş naziri Nikol Paşinyana zəng edib. Blinken İlham Əliyev və Nikol Paşinyanla telefon söhbətində kommunikasiya xətlərinin açılmasını və sülh danışıqlarını müzakirə edib. Blinken Paşinyanla ayrıca, Ermənistan-Türkiyə dialoqu barədə fikir mübadiləsi aparıb. Blinken Vaşinqtonun Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına dəstək verməyə hazır olduğunu bildirib. Ancaq bu dəstəyin konkret nədən ibarət olacağı bəlli deyil. Türkiyə və Ermənistan vasitəçiyə ehtiyac olmadan dialoqu davam etdirirlər.
Entoni Blinken il başlayandan dəfələrlə həm Bakıya, həm də İrəvana zəng edib. Blinken rusiyalı həmkarı Sergey Lavrov qədər fəal olmağa çalışır. Buna baxmayaraq, Blinken bir məsələdə Lavrovdan geri qalır. Rusiyanın xarici işlər naziri bir neçə dəfə Bakıya və İrəvana səfər edib, Blinken isə hələ bölgəyə gəlməyib, yalnız müşavirlərinin köməkçilərini göndərib. Digər tərəfdən Entoni Blinken Paşinyanla söhbətdə “ABŞ Minsk Qrupunun həmsədri olaraq fəaliyyətini davam etdirməyə hazırdır” ifadəsini işlədib. Vaşinqton Minsk Qrupundan əl çəkmək istəmir. Halbuki, belə bir qrup yoxdur, mövcud olmayan qrupun məşğul olmaq istədiyi mövzu da gündəmdə deyil. Vaşinqtonun “Minsk Qrupu” israrı ABŞ-Azərbaycan münasibətlərinə müsbət heç nə vəd etmir, bu isə Rusiyanın maraqlarına cavab verir. Görəsən bunu Vaşinqtonda nə zaman anlayacaq və reallığı qəbul edəcəklər?