ASAN Xidmət-ə yeni sədr təyin edildi
Ülvi Mehdiyev dosyesi
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Müharibə və startaplar
10 maddədən ibarət ola biləcək qanun layihəsi hazırlanır
-
Ünvanlı sosial yardım daha ASANlaşır
Artıq vətəndaşlardan heç bir sənəd tələb olunmayacaq
-
«Ərəb baharı»na qarşı «ASAN xidmət»...
Siyasi şərhçi iqtidar daxilində Rusiyaya bağlı şəbəkənin bu xidmətə müqavimət göstərdiyini deyir...
-
Xidmət daha «ASAN»laşdı
«Yaşayış qeydiyyatından asılı olmayaraq, istənilən...»
-
Super yeniliyin «ASAN» yolu
Xidmətin mərkəzlərində Bakı şəhəri üzrə qeydiyyat məhdudiyyəti aradan qaldırıldı
-
Prezident İlham Əliyev Ülvi Mehdiyevin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Modern.az-ın məlumatına görə, sərəncamda qeyd edilir ki, Ülvi Ramiz oğlu Mehdiyev Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri təyin edilsin.
Nazirlər Kabinetinə tapşırılır ki, Azərbaycan Respublikası Prezidentinin aktlarının bu sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Prezidentinə təqdim etsin; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat versin.
Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
Vaxt.az-ın məlumatına görə, Ülvi Mehdiyev 1985-ci il yanvarın 30-da Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavr və magistratura pilləsini bitirib.
2005-2006-cı illərdə hərbi xidmət keçib.
2006-2009-cu illərdə Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin məsləhətçisi, aparıcı məsləhətçisi vəzifələrində işləyib.
Ü.Mehdiyev 2009-2012-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsində məsləhətçi olub.
2012-2014-cü illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsində sektor müdiri vəzifəsində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 13 fevral tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) sədr müavini vəzifəsinə təyin edilib.
Ailəlidir, 2 övladı var.
İngilis, rus dillərini bilir.