Müharibə və startaplar
10 maddədən ibarət ola biləcək qanun layihəsi hazırlanır
Osman GÜNDÜZ
MÖVZU İLƏ ƏLAQƏLİ
-
GPON statistikası
Son iki ildə inhisarçılıq aradan qaldırılıb
-
Nazirin bir il vaxtı qaldı...
“Onlayn Azərbaycan” layihəsindən nə xəbər var?
-
Böyük qayıdış başlayır
“19 iyul 2022-ci il” Azərbaycanın tarix kitablarında əbədi yer alacaq
-
Qısa nömrələr kimlərdədir?
RİNN-in saytındakı məlumatlar yoxa çıxıb
-
SİMA nə vaxt populyar olacaq?
“ASAN imza”nın inhisarçılığının qarşısı alınır
-
Starlink Azərbaycana gələ bilərmi?
Ötürücü stansiya üçün icazə alınmalı və şərait yaradılmalıdır
-
Prezident fərmanları niyə icra olunmur?
Konseptual sənədlərin layihələrini kim gecikdirir?
-
İnteqrasiya tam reallaşmayıb
Kağızdan tam imtina 2026-cı ilədək sürə bilər
-
İqtisadiyyat Nazirliyində iş adamları ilə görüş
“Ticarət şəbəkələri pərakəndə satışda inhisarçı mövqelərindən istifadə edir”
-
ASAN Xidmət-ə yeni sədr təyin edildi
Ülvi Mehdiyev dosyesi
-
«Korrupsiya, rüşvətxorluq bizi əngəlləyən əsas bəlalardır»
İlham Əliyev: «Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır»
-
Ünvanlı sosial yardım daha ASANlaşır
Artıq vətəndaşlardan heç bir sənəd tələb olunmayacaq
-
«Ərəb baharı»na qarşı «ASAN xidmət»...
Siyasi şərhçi iqtidar daxilində Rusiyaya bağlı şəbəkənin bu xidmətə müqavimət göstərdiyini deyir...
-
Xidmət daha «ASAN»laşdı
«Yaşayış qeydiyyatından asılı olmayaraq, istənilən...»
-
Bu zəng kimin üçün çalınır?
Bağlanan məktəb və kurslar bir nümunə olaraq öyrənilməlidir
-
Super yeniliyin «ASAN» yolu
Xidmətin mərkəzlərində Bakı şəhəri üzrə qeydiyyat məhdudiyyəti aradan qaldırıldı
Ukrayna xəbərlərinə göz gəzdirirəm. Şərqdə və cənubda amansız döyüşlər gedir. Qərbdə isə həyat öz axarı ilə davam edir. Baxıram ki, İnformasiya texnologiyaları (İT) və startap ekosistemə dəstək də tam əvvəlki qaydada, hətta əvvəlkindən üstündür.
Statistikaya görə bu ölkədə cəmi 2 faiz İT elita müharibəyə, döyüşən orduya qoşulub.
Ukraynada İT və innovasiya ekosistemdə 250 min insan çalışırdı. İT üzrə ixracat 7 milyard dollar idi.
İndi əksəriyyət qərbə, bir hissə də qonşu ölkələrə çəkilərək işlərini davam etdirirlər.
Lvovda hər gün bir Vençur Fondu, işləmək üçün Kovorkinq Mərkəzləri, İnnovasiya Mərkəzləri yaradılır, müharibədən sıxıntı çəkən startaplara və şirkətlərə həm dövlət, həm də yerli və xarici özəl fondlar dəstək verirlər.
Dəstək üçün yalnız iş yerindən, komandanın, kollektivin şəklini paylaşmaq yetərlidir.
Xatırladıram ki, Ukraynada Vençur maliyyələşmə, Kriptovalyutalar haqqında qanunlar, mühitin inkişafına yönəlik qanunlar qüvvədədir.
Yeri gəlmişkən, Azərbaycanda illər öncə Vençur maliyyələşmə və vençur fondlar haqqında qanunun qəbulu ilə hər üç cavabdeh dövlət qurumu, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN), Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) məşğul olurdu. Amma o zaman real nəticə olmadı.
Sonra bu iş RİNN-nin İnnovasiyalar Agentliyinə tapşırılmışdı. Lakin, məlum olduğu kimi qurum bu işin öhdəsindən gələ bilmədi və sonradan Prezidentin sərəncamı ilə ləğv olunaraq yeni bir Agentlik yaradıldı.
Sonradan bu qanunun hazırlanması ASAN-a tapşırıldı. Bildiyim qədər Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi artıq qanun layihəsini başa çatdırmaq üzrədir.
Bu gedişlə görünür ki, cəmi 10 maddədən ibarət ola biləcək qanun layihəsinin az qala hər maddəsinə bir il sərf etmişik.
Düşünürəm ki, aidiyyəti qurumlar startap və innovasiya ekosistemin inkişafı üçün mühüm əhəmiyyət kəsb edən Vençur maliyyələşmə və vençur fondlar haqqında qanunun tez bir zamanda ortaya çıxarılması üçün səylərini gücləndirməlidir.