vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
AVROPA  
23:23 | 2 fevral 2019 | Şənbə Məqaləyə 1988 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Paşinyana erməni mafiyasını xatırlatdılar

Almaniya polisi 42 nəfərə 14 cinayət işi açıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Federal hökumət təsdiq edir ki, Almaniyada erməni cinayətkarlar fəaliyyət göstərir. Bu barədə Bundestaqdakı solçuların sorğusuna federal hökumətin cavabında bildirilir.

“Der Tagesspiegel” nəşrinə istinadən xəbər verir ki, bununla da, hökumət alman mətbuatının erməni “qanuni oğrular”ın, çox güman ki, bütün ölkə ərazisində fəaliyyət göstərməsi barədə təhqiqatının nəticələrini təsdiqləyir. Polisin məlumatlarına görə, 42 nəfər barəsində 14 cinayət işi açılıb.

Nəşr qeyd edir ki, sənəd üçün vaxt o qədər də uğurlu deyildi, çünki Ermənistanın baş naziri Nikol Paşinyan Almaniyada səfərdə idi və ölkə rəhbərliyi ilə görüşlər keçirirdi.

Polis erməniləri pulların yuyulmasında, zorakılıq hərəkətlərində, dələduzluqda və mülkiyyət cinayətlərində şübhəli bilir. İndiyə qədər onlardan yalnız birinə qarşı ittiham irəli sürülüb. Məqalədə o da qeyd olunur ki, hüquq-mühafizə orqanları italyan və erməni mafiyaları arasında əlaqə aşkar ediblər.

Xatırladaq ki, ötən ilin noyabr ayında Almaniyanın “Der Spiegel” nəşri erməni mafiyasının fəaliyyəti barədə yazıb. Daha sonra alman KİV-ləri məlumat yayıblar ki, Türingiya federal torpağının cinayət polisi idarəsi erməni mafiyasının izinə düşüb və klanın iki şübhəli üzvünü tutub.