
6 ayda 12 mindən çox şirkət çöküb
Almaniyada iflaslar son 10 ilin ən yüksək səviyyəsində
Almaniyada iflaslar son 10 ilin ən yüksək səviyyəsində
700 işçinin gələcəyi hələ də qeyri-müəyyəndir
Almaniya parlamentinin deputatının toxunulmazlığı qaldırıldı
Baş nazir Merz və nazirlərin mobil nömrələri internetdə yayıldı
Ekspertlər siyasəti günahlandırır
Sentyabrın 11-də ölkə boyu həyəcan siqnalı sınaqdan keçiriləcək
Sağlamlıq riski daşıyan məhsul mağazalardan yığılır
Partiya daxilində uzun illər davam edən müzakirələr yekunlaşdı
Almaniya hökuməti yeni qaydaları təsdiqlədi
Almaniya dəmiryolu vağzalları Avropanın ən pisləri seçildi
Avropada sığınacaq müraciətləri azaldı
Məhkəmə sərt reaksiya göstərdi
Xalqın böyük əksəriyyəti yeni bir himnə və bayrağa qarşıdır
Hansılar təhlükəsiz, hansıları risklidir?
55 min iş məhkəmə tarixini gözləyir
Üç nəfərin mübahisəsində biri xəstəxanalıq olub
Almaniyanın ana müxalifət Xristian Demokrat Birlik Partiyasının (CDU) sədri Fridrix Merz açıq şəkildə ksenofobiya və irqçiliyə qarşı olduqlarını bildirib. Xristian Birliyi (CDU/CSU) partiyalarının Federal Parlament Qrupunun da sədri olan Merz bu sözləri, Federal Məclisdə büdcə müzakirələri çərçivəsində ölkədə müzakirə edilən qanunsuz miqrasiya ilə mübarizə ilə bağlı dəyərləndirmələr edrəkən deyib.
Merz bəyan edib ki, Almaniya bir sıra böyük problemlərlə üzləşib və bunlardan biri də qeyri-qanuni immiqrasiya məsələsidir, hansı ki, ictimaiyyəti narahat edir.
Almaniyanın açıq və əcnəbilərə dost ölkə olaraq qalması lazım olduğunu bildirən Merz, çoxlu mühacir əsilli insanın Almaniyada illərdir yaşayıb işlədiyinə diqqət çəkib.
“Onlar olmadan Almaniyada xəstəxanalar, qocalar evləri, bir çox digər sosial qurumlar, məktəblər, qastronomiya müəssisələri və çoxsaylı şirkətlər bir gün belə uğurla fəaliyyət göstərə bilməz. Ona görə də bu insanlara ehtiyacımız var”, – Merz deyib.
“Almaniyada immiqrant əsilli insanların xoş qarşılandığını” ifadə edən Merz, “Bu səbəbdən də açıq şəkildə hər cür xarici düşmənçiliyə qarşıyıq”.
Merz, baş verənlərə göz yumulmaması lazım olduğunu, son illərdə ölkəyə gələn və cəmiyyətə və əmək bazarına inteqrasiya oluna bilməyən insanların sayının çox olduğunu və bu insanların çox kiçik bir azlığının, xüsusən də gənclərin ölkədə qüvvədə olan qaydalara əməl etmək istəmədiyini deyib.
Hökumətin qeyri-qanuni miqrasiya ilə mübarizə ilə bağlı siyasətini tənqid edən Merz, burada problemin həlli üçün keçən həftə Baş nazir Olaf Şolza bir sıra tədbirlər təklif etdiyini söyləyib.
Merz, bu tədbirlər arasında bütün qeyri-qanuni mühacirlərin Almaniya sərhədlərindən müvəqqəti geri qaytarılmasının olduğunu və bu insanların Avropa İttifaqı (AB) qaydalarına uyğun olaraq ilk ayaq basdıqları AB ölkəsində sığınacaq prosedurlarını tamamlamalı olduqlarını bildirib.
Merz hökumətin qanunsuz miqrasiya ilə mübarizə barədə təkliflərinin CDU/CSU partiyalarının təkliflərindən çox geridə qaldığını və bu səbəbdən də təmsil etdiyi parlament qrupunun hökumətin təkliflərini təsdiq edə bilməyəcəyini bildirib.