vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
BÖHRAN  
17:37 | 28 fevral 2014 | Cümə Məqaləyə 1676 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Mənə avtomatdan atəş açıldı»

Yanukoviç: «Ailəmi, nəvəmi axtarırdılar»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Mənə avtomatdan atəş açıldı. Məni qoruyan maşın hər tərəfdən atəşə tutuldu. Mən qaçmamışam». Modern.az saytı xəbər verir ki, bu sözləri də Ukraynanın eks-prezidenti Viktor Yanukoviç bu gün keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, Kiyevdən Xarkova gəlib.

«Təhlükəsizlik xidməti mənə bildirdi ki, Xarkova radikal əhvallı qruplar gəlir. Təhlükəsizliyim üçün Luqanska uçmaq istədim. Hava limanından dedilər ki, təyyarə Rusiyaya tərəf üz tutsa, qırıcılar göyə qaldırılacaq. Mən avtomobillə Krıma gəldim. Ailə üzvlərim mənə zəng vurub hədə-qorxu aldıqlarını bildirdilər. Hətta kiçik nəvəmi belə artıq axtarırdılar. Mən belə vəziyyətə risk edə bilməzdim».

Yanukoviç deyib ki, Rusiya prezidenti Putinlə hələ görüşməyib: «Rusiya prezidenti Putinlə görüşməmişəm. Telefonla danışdım. Mən bildirdi ki, imkan olan kimi görüş olacaq. Rusiyaya isə vətənpərvər zabitlərin köməyi ilə keçdim».

Yanukoviç mətbuat konfransında bildirib ki, həmin zabitlər öz borclarını yerinə yetiriblər.