Qurbanqulunun yeni imici
Amiranə eynəyin ardınca, nəsə daha bir dəyişiklik də gələcək …
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Üç Türk lider bölgənin iqtisadi xəritəsini dəyişir
ABŞ-ın narazı qaldığı məqam
-
Azərbaycan-Türkmənistan əlaqələrinin inkişafı məmnunluq doğurur
Birgə Hökumətlərarası Komissiya Bakıda toplanıb
-
“Bölgə ölkələri asılı olmamalıdır”
Vaşinqtonun nəzəri Mərkəzi Asiyadadır
-
Türk dövlətlərinin NATO-su
Bu təkcə Rusiyaya deyil, Qərb üçün də arzuolunan deyil
-
“Avropa bazarını unudun”
Rusiyadan Türkmənistana xəbərdarlıq
-
Tərəzinin Rusiya tərəfi ağırlaşır
Aşqabad Türkmənistan-Rusiya ikili vətəndaşlığı olanlara pasport verəcək
-
Ortada qalan Orta Asiya
Müharibə başlayandan Türkiyə və Çin bölgədə fəaliyyətini hiss olunacaq dərəcədə gücləndirib
-
Orta Asiyada su qıtlığı
Türkmənistan problemi çözmək üçün Xəzərə üz tutur
-
Türkmənistan ixracatı 2 dəfə artırıb
Rusiya Azərbaycanı strateji bəyanatı pozmaqda günahlandırır
-
Rusiya kanallarının peyk yayımı kəsilib
Provayderlər ehtiyat yayımı üzərində işləyir
-
Mərkəzi Asiya təzyiq altındadır
Lavrov Çin və Hindistandan əliboş dönüb
-
Türkmənistanda çörək talonları
Artıq alanlar həbs olunacaq
-
Dördə ölkədən keçəcək kəmər
Aşxabad və Dehli Azərbaycanın təcrübəsindən faydalana bilərlər
-
“Kişi ölməyib, sağdı …”
Yaşadıqlarını sübut etmək üçün uzun növbələrdə gözləyən pensiyaçılar...
-
Ölüm-dirim məsələsi ...
... Yaxud iki dünya arasında keçən həftəsonu
-
“Anasının yanında gedib”
Berdiməhəmmədov Almaniyadadır?
Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov ictimaiyyət qarşısına yeni obrazda çıxıb. O, aprelin 25-də hökumət müşavirəsinə gözlərində optik eynəklə gəlib.
Bu da xəbər verilir ki, bunun ardınca ölkənin bütün dövlət mediası prezidentin gözlərində eynək olan şəkillərini dərc edib.
“Türkmənistan” və “Neytral Türkmənistan” qəzetlərinin 26 aprel sayındakı portretlərində prezidentin eynəyinin sağanağının qızıldan olduğu diqqəti cəlb edir.
Ümumiyyətlə, Türkimənistan prezidenti ictimaiyyət qarşısına hər dəfə yeni bir imicdə çıxmaq ənənəsinə malikdir. O, saç düzümünü, kostyumlarını, hətta göründüyü vəziyyət və məkanları da dəyişir. Amma xalq qarşısına eynəklə çıxdığı ilk dəfədir.
Ötən illərin təcrübəsi göstərir ki, hər dəfə dövlət başçısı imicini dəyişəndə bütün ölkə boyunca – dövlət idarələrindən tutmuş uşaq bağçalarınadək Berdıməhəmmədovun bu müəssisələrin divarlarından asılmış portretləri də “təzələnir”.
Bunu da deyirlər ki, dövlət başçısının yeni portretlərinin xərcini adətən həmin idarələrin əməkdaşları çəkirlər.
Prezident Berdıməhəmmədov müxtəlif tədbirlərə gah idmançı, gah hərbçi formasında, gah da adi ev geyimində gəlir. Amma hər halda onu ən çox rəsmi geyimdə, yəni kostyum-qalstuklu görmək olar.
Dövlət və hökumət qulluqçuları isə yalnız rəsmi geyimdə görünə bilərlər.
Bəzi hallarda bu qaydaya istisna edilir. Məsələn, prezident idmanla məşğul olmağa gedəndə, onu müşayiət edən rəsmilərin hamısı eyni cür – yaşıl rəngli paltar geyinirlər. Prezidentin oğluna və nəvəsinə evin və ölkənin başçısı kimi geyinmək imtiyazı verilib.
Türkmənistanın bundan əvvəlki prezidenti də obrazını tez-tez dəyişən adam idi. Saparmurat Niyazov hakimiyyətə gələndən sonra onun saçları getdikcə qaralmağa başlamışdı.
Lakin 1999-cu ildə Türkmənbaşının saçları sarı-qızılı rəng almağa başladı. Mərhum prezident bunu 1997-ci ildə ürəyində keçirilmiş əməliyyatdan sonra saçlarının töküldüyünə görə bir çinli loğmandan aldığı müalicə ilə izah edirdi. O deyirdi ki, məhz həmin çinlinin məlhəmlərindən sonra saçları sarışınlaşmağa başlayıb.
Qurbanqulu Berdıməhəmmədov da 2007-ci ilin fevralında hakimiyyətə gələndə saçları çallaşmışdı. Amma sonradan dövlət başçısının saçı qaralmağa başladı. Nəhayət, 2018-ci ildə o, ictimaiyyət qarşısına çıxanda qara saçlarına çal tüklərin zolağı əlavə olunmuşdu.
Prezidentin xasiyyətinə yaxşı bələd olan türkmənlər bilirlər ki, amiranə eynəyin ardınca, nəsə daha bir imic də gələcək. (“Azadlıq” radiosunun türkmən redaksiyası)