vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
AKTUAL  
13:40 | 6 iyun 2019 | Cümə axşamı Məqaləyə 2044 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Dini liderdən “Draqunov”lu mesaj

Xamenei xalqın qarşısına silahla çıxdı

MÖVZU İLƏ ƏLAQƏLİ

İranın Ali dini lideri Əli Xameneyi Tehranda Ramazan bayramı ilə bağlı keçirilən tədbirdə xalqa əlində silah müraciət edib.

Bayram namazı qıldıqdan sonra çıxış edən İranın dini liderinin rus istehsalı olan “Draqunov” snayperini əlində tutması maraqla qarşılanıb.

Vaxt.az-ın məlumatına görə, bu hal İran dini lideri tərəfindən ilk dəfə yaşanmır. Belə ki, Ə.Xameneyi ən azı iki dəfə də xalqın qarşısına adıçəkilən silahla çıxıb. Sağ əli iflic olan dini liderin bu cür ağır silahdan istifadə etməsi qeyri-mümkündür. Və digər maraqlı məqam var ki, dini lider üçün istifadəsi və daşınması daha rahat olacaq silahlar varkən (tapança, mini avtomat və s.) Xameneyi niyə məhz keçmiş SSRİ-nin istehsalı olan 7,62 kalibrli “Draqunov” snayper tüfəngini yanında gəzdirir?

İran dini lideri bununla kimlərə və nə mesaj verir?




Qeyd edək ki, iran dini liderlərin namaz xütbələrinə silahla çıxması ilk dəfə deyil. Bundan əvvəllər İranın də bir çox dini liderləri, o cümlədən soydaşlarımızın yaxından tanıdığı Seyid Həsən Amuli də var.