vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
BÖHRAN  
20:45 | 1 mart 2014 | Şənbə Məqaləyə 1491 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kliçko səfərbərliyə səslədi

«UDAR»ın lideri Krımla bağlı Rusiya ilə bağlanan sazişin ləğvini istəyir

MÖVZU İLƏ ƏLAQƏLİ

«UDAR»ın lideri Vitali Kliçko Rusiyanın hərbi təcavüzü ilə bağlı Ukraynada ümumi səfərbərlik elan edilməsinə çağırıb.

«UDAR» partiyasının lideri həm də ölkə prezident səlahiyyətlərini icra edən Aleksandr Turçinova müraciət edərək hərbi təcavüzlə bağlı təcili olaraq BMT Təhlükəsizlik Şurasının iclasının çağırılması üçün BMT-yə ərizə ilə müraciət etməyi təklif edib.

Həmçinin, Kliçko Ali Radanın təcili sessiyasının çağırılmasının və Krımda Rusiyanın Qara dəniz hərbi donanmasının mövcudluğu barədə sazişin qüvvədən salınmasını müzakirə etməyi vacib sayıb. «UDAR»ın lideri əmindir ki, rəsmi Kiyev Budapeşt memorandumunun təmin edilməsi üçün Ukraynanın zamin dövlətlərə müraciət edilməsinin də tərəfdarıdır.

Qeyd edək ki, bir az öncə Rusiyanın Federasiya Şurası Ukraynaya qoşun yeridilməsi barədə qərar çıxarıb. (ANS)