«Qarabağ münaqişəsi olmasaydı...»
Elmar Məmmədyarov: «Azərbaycan Avropanın təhlükəsizliyinə böyük töhfə verir»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Vaşinqton görüşü nə ilə nəticələndi?
19 il aradan sonra ...
-
“Özünüzü aldadırsız”
Məmmədyarov erməni jurnalistləri növbəti dəfə susdurdu
-
Özümüzü vuran “yun çubuqları”
Qorxursunuz, yoxsa onunla razısınız?
-
“Bəzi vəzifələr yenidən bölüşdürülə bilməz!”
Elmar Məmmədyarov bəyanat verdi
-
“... Onu da eyni aqibət gözləyir”
Elmar Məmmədyarov: “Ermənistanın yeni hakimiyyəti Sərkisyanın yolu ilə getsə, ...”
-
“Məni Elmarla dəyişik salırlar”
Çavuşoğlu: “Onu da mənimlə ...”
-
Ermənistan XİN-in növbəti axmaqlığı
Politoloq: “Şübhəsiz ki, Ermənistan məhz belə vəziyyəti görmək istəyərdi”
-
«Daha çox dəstəyə ümid edirik»
Brok Birman: «ABŞ inkişaf sahəsində Azərbaycanla işləməyə sadiqdir»
-
«Putinin qarşısında diz çöküb...»
Azərbaycanı sıxışdıran Yaqlandı Danimarkada ifşa etdilər
-
Strasburqa son cavabımız nə olacaq?
Hökumət məsələlərin tamamilə dramatik həddə çatmasında maraqlı deyil
-
Yağlanmışın kəllə-mayallaq enişi
Cənab Yaqland «biz bunu istəyirikmi?» deyəndə kimi nəzərdə tutur?
-
«Yaqland girova çevrilib»
Ukrayna Avropa Şurasının Rusiyaya güzəştə gedə biləcəyindən narahatdır
-
AŞ-la problemi necə çözməli
Qərblə münasibətləri soyutmaq yaxşılığa aparmır
-
«Əliyev hətta əmr etdi ki, sənəd imzalanmasın...»
Brüssel yekun bəyannamədə ehtiyat edir - ümumi məzmunlu formulla kifayətlənilə bilər
-
«ABŞ işə ciddi yanaşır»
Elmar Məmmədyarov: «Lakin irəliləyişə mane olan məqamlar var»
-
«Müzakirə olunacaq məsələlər masa üzərindədir»
Elmar Məmmədyarov: «Hətta tələb edirik ki, konkret nəticələr olsun»
«Azərbaycan svilizasiyaların kəsişməsində yerləşir, mədəniyyətlərarası və dinlərarası dialoqa xüsusi önəm verir». APA-nın məlumatına görə, bunu bu gün Bakıda Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyi çərçivəsində AŞ-ın Qonşu regionlar üzrə siyasətinə dair keçirilən yüksək səviyyəli beynəlxalq konfransda xarici işlər naziri Elmar Məmmədyarov deyib.
E. Məmmədyarov bildirib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verir. Nazir Azərbaycanın artıq Afrika və Asiya ölkələrinə yardım həyata keçirən donor ölkəyə çevrildiyini vurğulayıb. XIN rəhbəri deyib ki, Dağlıq Qarabağ münaqişəsi, ərazilərin işğalı olmasaydı, Azərbaycan daha sürətlə inkişaf edərdi: «BMT Təhlükəsizlik Şurasının ərazilərin işğaldan azad edilməsi ilə bağlı 4 qətnaməsinin yerinə yetirilməməsi təəssüf doğurur».
E. Məmmədyarov bu tədbirin Azərbaycanın AŞ Nazirlər Komitəsinə sədrliyi dövründə sonuncu tədbir olduğunu vurğulayıb. Nazir qeyd edib ki, noyabrın 13-də Azərbaycanın AŞ Nazirlər Komitəsinə sədrliyini Belçikaya təhvil vermək üçün Strasburqda olacaq: «Bu müddət ərzində Azərbaycan korrupsiya, gənclərin təhsili və digər tədbirlərin təşəbbüskarı olub. Azərbaycan Avropa Şurasının Qonşu regionlar üzrə siyasətinin güclü tərəfdarıdır. Qonşuluq Siyasəti 3 il əvvəl İstanbulda başlanıb. Ümidvaram ki, gələn il ilk Avropa Olimpiya Oyunlarına baxmaq üçün Azərbaycana səfər edəcəksiniz».