vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
CƏMİYYƏT  
18:29 | 12 mart 2019 | Çərşənbə axşamı Məqaləyə 2616 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Özümüzü vuran “yun çubuqları”

Qorxursunuz, yoxsa onunla razısınız?

Zamiq MƏMMƏDLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Leyla Yunus Avropa Şurasındakı çıxışında “Azərbaycanda uşaqlar 10 yaşına çatan kimi, onlara xristianların və ermənilərin onların düşməni olduqlarını”, “onlara qara paltarlı allahsız insanlar” adı qoyduqlarını dedi...(mənbə şərh bölməsində).

Ey Leyla Yunusu “Janna Dark” adlandıran Tofiq Yaqublu, onunla yan-yana oturan, anası etnik erməni olan və 25 il heç bir təzyiqə məruz qalmayan Leylanın qayını Ramiz Yunusdan sıx-sıx sitatlar gətirən Orduxan Temirxan Bəbirov, bunun Emin (“Milli”) və Həbib (“Müntəzir”) Abdullayevləri, Emin Hüseynovu, daha kimləri deyim, Nahid Cəfərov və başqaları... Axı niyə biriniz bu təxribata “YOX!” demirsiniz? Niyə biriniz, bu yalandır, iftiradır, Azərbaycanlıları Avropalıların gözündə “adamyeyən” göstərmək cəhdidir - demirsiniz? Qorxursunuz? Ya onunla razısınız?

Anası etnik erməni olan Arif Yunusa qarşı bu 25-30 ildə nəsə təzyiq olub bəlkə? Bakıda evləri, maşınları, Praqada 2 mənzil, Amsterdam və Alanyada evləri ki bu ailə Bakıda yaşayaraq “işləyərək” alıblar...

Qaynanası, əri etnik erməni olan Leyla Yunusa müharibənin qızğın vaxtında Müdafiə Nazirliyində ən yüksək postlardan biri verilmişdi (MN Mətbuat Xidmətinin rəhbəri idi, bütün gizli, həssas məlumatlara birbaşa çıxışı vardı). Bunlar ki faktdır!

5000 km uzaqdan Azərbaycandakı siyasi hakimiyyəti tənqid, təhqir edirsiniz, olsun, öz işinizdir, mənim vecimə də deyil, amma yanınızdakı Leyla Yunusa niyə səsiniz çıxmır? NED-dən 94 min avro “siyasi məhbus ailələrinə yardım” adı ilə pul aldı yedi, 1 məhbus ailəsinə 1 avro pul vermədi, səsiniz də çıxmadı.

Praqada “Forum 2000” tədbirində, “Azərbaycanda 10-15 yaşlı qızları İrana, ərəblərə pulla satırlar” dedi, iştirakçıların gözü qarşısında, REALçılar - Erkin Qədirli, Natiq Cəfərli, Emin Milli, Həbib Müntəzir və digərlərinin gözü qarşısında Mətanət Əzizovaya qarşı açıq təxribat törətdi, ona “KGB göndərib ki, məni öldürsün”, “məni döydü” dedi, amma bu “kişi” qırıqlarının biri çıxıb “bu yalandır, biz şahidik, belə şey olmayıb” - demədilər... Çexlərdə, tədbir təşkilatçılarında olan cəsarət və “kişi”lik bunların birində olmadı...

Yəni, Azərbaycan dövlətinə (hakimiyyət deyil, məhz dövlətinə) qarşı açıq mübarizə aparan bu Leyladan it kimi qorxanların 5000 km uzaqdan hökuməti söyməsi də ayrı dərddir... Nə bilim, baxıram, sizin üzünüzə tüpürmək belə istəmirəm!...