vaxtlı-vaxtında oxuyun! Bazar, 17 avqust 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
SƏHİYYƏ, ORDU  
Uqandada meymun çiçəyi kabusu 16:01 | 30 mart 2025 | Bazar Məqaləyə 186 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Uqandada meymun çiçəyi kabusu

Yoluxmaların sayı artır

MEHİN

MÖVZU İLƏ ƏLAQƏLİ

Uqandada meymun çiçəyi virusuna yoluxanların sayı 4810-a yüksəlib.

Uqanda Səhiyyə Nazirliyi meymun çiçəyi epidemiyasında təsdiqlənmiş halların sayının 4810-a çatdığını, ölənlərin sayının isə 37-yə yüksəldiyini açıqlayıb. Səhiyyə Nazirliyinin dərc etdiyi milli vəziyyət hesabatına görə, son 24 saatda 13 yeni hadisə və 6 ölüm qeydə alınıb.

Səlahiyyətlilər, tibb işçiləri arasında ölüm hallarının qeydə alınmadığını söyləyib. Hesabatda yoluxmaların sayının artdığı vurğulanıb və xəstəliyin xüsusilə şəhər yerlərində yaşayan gənclər arasında geniş yayıldığı vurğulanıb.

Səlahiyyətlilər, epidemiyaya nəzarət etmək üçün ictimai səhiyyə tədbirlərinin gücləndiriləcəyini açıqladı.