vaxtlı-vaxtında oxuyun! Cümə, 16 may 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
DÜNYA  
Atasına səs verməyənləri sürgün edəcək 10:29 | 16 may 2025 | Cümə Məqaləyə 11 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Atasına səs verməyənləri sürgün edəcək

Uqanda baş qərargah rəisi: “Ürəkdən dəstək olmayanlar diqqətli olsun”

MURAD

MÖVZU İLƏ ƏLAQƏLİ

Uqanda prezidentinin oğlu, ordunun baş qərargah rəisi Muhuzi Kayneruqaba dünən bəyan edib ki, qarşıdan gələn seçkilərdə atasının əleyhinə səs verən vətəndaşlar deportasiya ediləcək. AFP-nin verdiyi xəbərə görə, Kayneruqaba ordu komandiri kimi qadınlara orduda şalvar geyinməyi də qadağan edib.

Yanvarda ümumi seçkilərin keçirilməsi planlaşdırılan Şərqi Afrika ölkəsi son aylar müxaliflərə qarşı təzyiqlər artıb.

Uqanda Silahlı Qüvvələrinin rəisi Kayneruqaba ölkəni 1980-ci illərdən idarə edən prezident Yoveri Museveninin oğlu və varisidir. Muhuzi Kayneruqaba sosial mediada təxribat xarakterli paylaşımları ilə tanınır.

Kayneruqaba dünən “X” platformasındakı paylaşımında “(MZ) ürəkdən dəstək verməyənlər çox diqqətli olsun!” deyib. “Biz bütün xainləri xalqın gözü qarşısında sürgün edəcəyik”, – deyə o, vurğulayıb.

Kayneruqaba bu ayın əvvəlində bildirib ki, müxalifət liderinin şəxsi mühafizəçisi həbs edilib və işgəncələrə məruz qalıb. Mühafizəçi məhkəməyə gətirilib və üzərində işgəncə izləri görülüb.

Ordu komandiri vəzifəsində bütün qadınların hərbi xidmət zamanı yubka geyinmələrini də əmr edib.

Kayneruqaba yazıb: “Şalvar kişilər üçündür, qadınlar üçün deyil. Kim bizim bacılarımızı yenidən hərbi paradda şalvar geyinməyə məcbur edərsə, onu dəhşətli aqibət gözləyir”.