
Mərakeşdə etirazlar nəzarətdən çıxdı
Hökumət əleyhinə aksiyalarda iki nəfər öldürüldü
Hökumət əleyhinə aksiyalarda iki nəfər öldürüldü
Mərakeşdə son illərin ən böyük etirazlarına “Z” nəsli damğa vurdu
Kenya hökuməti şimal ağ kərgədanlarını 24 saat silahlı qoruma altında saxlayır
Yağışın azalması və yüksək temperatur planeti yaşanmaz hala gətirəcək
Bununla belə Pekinin ixrac payı Vaşinqtondan iki dəfə azdır
Saxta qəbzlər, xəyali təchizatçılar adıyla milyonlarla dollar mənimsənilib
Hər şey mobil telefondan elektron cihazlara qədər bu mədənə bağlıdır
Afrikanın ən varlı 4 nəfəri qitə əhalisinin yarısından daha çox sərvətə sahibdir – “Oxfam”
Keniyada hökumət əleyhinə küçə etirazları davam edir
“Dambo” cizgi filminin oxşar variantı faciə ilə bitib
Bir qrup gənc evə basqın edib 6 nəfəri öldürdü
Qanada “Meymun çiçəyi” ilə xəstə sayı 133-ə yüksəlib
Etirazlarda ölənlərin sayı 16-ya yüksəldi
Bill Qeyts Afrikaya böyük bir ianə vəd edir
Seneqal bütün xarici qoşunları ölkədən çıxarır
37 nəfər öldü
Nigeriyanın Uyo şəhərində yeni tikilən kilsədə damın uçması nəticəsində 200-dək dindarın öldüyü ehtimal olunur. Hadisə ötən gün dekabrın 10-da baş verib. Kilsənin dam örtüyü dindarların üzərinə uçub və xilasetmə işləri hələ davam edir. Bundan əvvəl 60 nəfərin öldüyü bildirilirdi. Lakin beynəlxalq xəbər agentlikləri Nigeriya mənbələrinə istinadən ölənlərin sayının 200-ə qədər ola biləcəyini bildirir.
Məlumata görə, dekabrın 11-də məbəddə dini ayinin keçirilməsi planlaşdırılıbmış, lakin kilsənin tikintisində gecikmə baş verib. Bu səbəbdən fəhlələr tikinti qaydalarında ciddi nöqsanlara yol verərək işləri sürətləndiriblər. Hadisə baş verən vaxt kilsədə yüzlərlə dindar olub.Dəmir konstruksiyalardan ibarət dam örtüyünün qalıqları altında ölənlərin sayının artacağı istisna olunmur.
Digər Afrika ölkəsi Keniyada isə neft daşıyan maşının minik avtomobili və mikrovtobusla toqquşması nəticəsində 40-a qədər adamın həlak olduğu xəbər verilir. Hadisə paytaxt Nayrobidən 80 km məsafədə şosedə baş verib. Qəza nəticəsində mikroavtobus da daxil olmaqla, 12 nəqliyyat vasitəsi yanıb. Ölənlər arasında 3 polis əməkdaşı var. Yük maşını Uqandaya neft aparmaq üçün yola çıxıbmış.