
Avstraliya sualtı qayıq donanması qurur
Avtonom “Ghost Shark”lara 1,1 milyard xərclənəcək
Avtonom “Ghost Shark”lara 1,1 milyard xərclənəcək
Hücumdan sonra çimərliklər bağlandı
Sinaqoqda baş verən yanğında İranın barmağının olduğu müəyyən edilib
İki polis ölü, biri yaralanıb
Qiymət gününə davam gətirəcək 5 ölkə
“Kosmosdan görünən yeganə canlı” yox olmaq üzrədir
Sidney səkkiz nüvə sualtı qayığı ilə donanmasını gücləndirəcək
Çox nadir rast gəlinən “lissa” virusu insanı həyatı üçün təhlükəlidir
Ölkənin ən böyük alüminium zavodu bağlanmaq təhlükəsi ilə üz-üzədir
Avstraliya Asiya-Sakit okean regionundan narahatdır
Avstraliya Çindən izahat tələb edir
“Sənin yerin mətbəxdədir” sözlərinə görə üzərinə benzin töküb
Dünya xəritəsi yenidən formalaşa bilər
Milyon dollardan çox borcu olan şəbəkə barədə araşdırma başlayıb
58 000-dən çox cihaz haker proqramların qurbanı olub
... Ərinin ailəsini şam yeməyinə dəvət edib zəhərli göbələklər yedirdi
Avstraliyanın Kvinslend əyalətinin 500 əhalisi olan Culiya Krik qəsəbəsi yeganə həkimini itirmək üzrədir. Qəsəbə yeni həkimi cəlb etmək üçün 428.000 dollar maaş, pulsuz mənzil və avtomobil təklif edir.
Həkim axtaran qəsəbə ən yaxın böyük şəhər Taunsvildən yeddi saatlıq məsafədədir. Üstəlik, bu təcrid olunmuş qəsəbəyə gələn həkim qızmar istiyə və tropik həşəratlara öyrəşməli olacaq.
Hal-hazırda qəsəbədə işləyən doktor Adam Lous 2022-ci ildə vəzifəyə başlamazdan əvvəl Culiya Krikin 15 il ərzində daimi həkimi yox idi. “Səhiyyə xidməti rayona müvəqqəti gələn həkimlər tərəfindən göstərilib”, – doktor Lous deyir.
Avstraliyada 2500 həkim çatışmazlığı var və bu çatışmazlıq ən çox kənd yerlərində hiss olunur. Hökumətin 2024-cü il hesabatına görə, bu boşluğun növbəti illərdə daha da artacağı gözlənilir.
Dünyada əhalinin sıxlığının ən aşağı olduğu ölkələrdən biri olan Avstraliya kəndlərə həkim cəlb etməkdə çətinlik çəkir. Böyük şəhərlərdən uzaqlıq və nəqliyyat çətinlikləri belə ərazilərdə səhiyyə xidmətlərinin saxlanmasını daha da mürəkkəbləşdirir.