

Azərbaycan Prezidenti İlham Əliyevin 2004-cü il Sərəncamına əsasən Azərbaycan Milli Ensiklopediyasının 25 cild nəşr olunması planlaşdırılmışdı. Prezidentin 5 may 2004-cü il Sərəncamı ilə Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi yaradıldı. 21 il vaxt ötüb və Ensiklopediyanın cəmi 8 cildi işıq üzü görüb. Ensiklopediya Xalqların simvoludur, biliklər xəzinəsidir, hər bir xalqın intellektual potensialının ölçüsüdür.
21 ilə 8 cild? Xalq olaraq bu, tələbimizə cavab vermir axı! Nə üçün Milli Ensiklopediyamızın hər bir cildinin alışı üçün kitab mağazalarında növbə yaranmasın? Nə üçün yazdığımız məqalə və kitablarda Ensiklopediyamıza istinad edə bilmirik?
Ensiklopediya mütəxəssisi kimi bu gedişat cəmiyyəti qane etmir. Prezidentin 25 oktyabr 2024-cü il sərəncamı ilə Milli Ensiklopediyanın redaksiya heyətinin yeni tərkibi təsdiqləndi. Sual olunur, yeni tərkib mövcud durumla bağlı neçə dəfə toplaşıb?
Ölkəmizin başçısı İlham Əliyevin bu işə verdiyi dəstək misilsizdir. Ancaq Redaksiya Heyətinin gördüyü iş nədən ibarətdir. Milli Ensiklopediya hər bir ziyalının kitabxanasının nüvəsi olmalıdır. Milli Ensiklopediyanın sanbalı hər bir ziyalının mənəvi borcudur.
Ensiklopediyanın qüsurları və üstünlükləri müzakirə olunmalıdır. Bu barədə tənqidi məqalələr olub. Lakin nəticə yoxdur. Məsul katib Tofiq Nağıyev məqalə müəlliflərini təhqir edib.
Dünya praktikasında belə söhbətlər məqbul sayılır. Birmənalı olaraq başa düşülməlidir ki, Milli Ensiklopediya xalqın sərvətidir.