«Əliyev hətta əmr etdi ki, sənəd imzalanmasın...»
Brüssel yekun bəyannamədə ehtiyat edir - ümumi məzmunlu formulla kifayətlənilə bilər
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Sülh müqaviləsi 80 faiz razılaşdırılıb”
Prezident İlham Əliyev: “AB Komissiyası Azərbaycanı Avropanın etibarlı tərəfdaş adlandırır”
-
Aİ-dən “Dəmir Pərdə” xəbərdarlığı...
Çarlz Mişelin Türkiyə ilə bağlı açıqlaması dünyanın gündəminə damğa vurdu
-
Prezidentin BƏƏ-nə səfəri
BMT TŞ-da dəstək, Makron-Paşinyan cütlüyünə cavab, İran əleyhinə...
-
Qərbi Azərbaycanda dəyişdirilən türk mənşəli toponimlər
Vaxt gələcək, tarixi yer-yurd adlarımız bərpa olunacaq...
-
Hədəf 15 milyarddır
Türk dövlətləri ilə ticarət rekord həddə
-
Sadəcə, İlham...
Səbirli, heç nəyi əvvəldən açıqlamayan və nəyi nə vaxt edəcəyini bilən ...
-
Azərbaycanda lüks hotellərin daha bir brendi
“The Ritz-Carlton Baku” hotelinin açılışı olub
-
Aİ Macarıstanın “saqqızını oğurladı”
Rəsmi Budapeşt 5,8 milyard qrant qarşılığında Ukraynaya nəzərdə tutulan yardıma hə dedi
-
Aİ-nin gizli həbsxanaları
Günlərlə yeməksiz, susuz kazarmalarda saxlanılıb ...
-
Bolqarıstandan Aİ-yə etiraz
Rəsmi Sofiyanın Şengen zonasına daxil olmaqdan imtina edilməsinə reaksiyası sərt oldu
-
Zaqreb üçün böyük gün
Aİ Xorvatiyanın Şengen zonasına daxil olmasını təsdiqləyib
-
Şengen genişlənir
Xorvatiyanın üzvlüyə prəblem olmadığı halda, 1 ölkə Rumıniyanın, 2-si isə Bolqarıstanın əleyhinədir
-
“Yeni iqtisadi şoklar”
Rusiya Mərkəzi Bankı hesabat açıqladı
-
“Biz birləşmiş və güclüyük”
Avropa İttifaqı Rusiyaya 9-cu sanksiya paketini açıqladı
-
Aİ İsrail polisi ilə əməkdaşlığı dondurur
Netanyahunun qurduğu koalisiya qoca qitəni narahat edir
-
270 yaşlı tarixi abidə
Şəki Xan məscidi kompleksi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub
Avropa İttifaqının noyabrın 24-də Brüsseldə keçiriləcək «Şərq tərəfdaşlığı» sammitinin yekun bəyannaməsinin razılaşdırılması yenidən dalana dirənib. Virtualaz.org xəbər verir ki, buna səbəb sənədə Dağlıq Qarabağ münaqişəsinə dair Azərbaycan və Ermənistan tərəfindən bir-birinə zidd müddəaların təklif edilməsidir. Bu haqda «Azadlıq» radiosunun Brüssel müxbiri bildirir.
Məlumata görə hələlik Bakı və İrəvan münaqişəyə dair sənəddə əksini tapacaq formulla razılaşmayıblar. Baxmayaraq ki, sənədin qalan hissəsi ötən gün Avropa İttifaqının üzvü olan 28 ölkənin səfirləri tərəfindən ötən axşam razılaşdırılıb. Üzv ölkələr yekun bəyannamənin Qarabağa və «Şərq Tərəfdaşlığı» ölkələrindəki digər münaqişələrə dair hissəsini kənara qoymalı olublar. Çünki Azərbaycan və Ermənistan mətnə bir-birlərinə zidd müddəa daxil etmək istəyir.
Bildirilir ki, Brüsseldə diplomatlar hazırda yaranmış vəziyyətə görə olduqca narahatdırlar. Çünki iki il əvvəl-«Şərq Tərəfdaşlığı»nın Riqada keçirilən sammitində də Qarabağa görə analoji vəziyyət yaranmışdı. Nəticədə yekun bəyannaməsinin imzalanması baş tutmaya bilərdi.
«Azərbaycan prezidenti İlham Əliyev Bakını qane edən müddəanın bəyannaməyə daxil edilməməsinə etiraz olaraq sammitə qatılmaqdan imtina etdi. Xarici işlər naziri Elmar Məmmədyarov isə bir neçə saat ərzində bəyannaməni imzalamaqdan imtina etmişdi və hətta iclas zalından çıxıb getdi, Avropa İttifaqı liderlərini qeyri-müəyyənlik şəraitində buraxdı», - mənbələr deyiblər.
Xəbərdə deyilir ki, həmin sammitdə prezident İlham Əliyev yekun bəyannaməsini imzalamamağı əmr etmişdi, nəticədə sənədin imzalanması bir neçə saat gecikdi. «Bu məsələ yenidən drama çevrilə bilər, Əliyev və Sərkisyan yəqin ki, sənəddə Qarabağa dair onları qane etməyən formullara görə, yaxud sənəddə bu məsələdən danışılmaması səbəbindən yekun bəyannaməni imzalamaya bilərlər», - müxbir xəbər verir.
Avropalı diplomatlar anonimlik şərti ilə bildiriblər ki, bu dəfə Riqada baş verənlərin təkrarlanmaması üçün Brüssel yekun bəyannamədə münaqişələrin adını çəkməməyi qərara alıb, ümumi məzmunlu formulla kifayətlənmək istəyir. Bəyannamənin ilkin variantında bu və ya digər münaqişənin adı göstərilmədən münaqişələrin dinc yolla, beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinə çağırılır. «Münaqişələrin nizamlanması, etimad mühitinin qurulması və xeyirxah qonşuluq iqtisadi və sosial inkişaf üçün mühüm əhəmiyyət kəsb edir», - sənədin ilkin variantında deyilir. Azərbaycan və Ermənistanın sənədə daxil etmək istədikləri formul isə məlum deyil.
Xatırladaq ki, «Şərq tərəfdaşlığı»nın Riqa sammitində Azərbaycan xarici işlər naziri yekun bəyannaməni ancaq Bakının mövqeyi əks olunmuş xüsusi əlavə ilə birlikdə imzalamışdı. Həmin vaxt xarici işlər naziri Məmmədyarov Bakının mövqeyini belə izah etmişdi: «Biz bildirdik ki, bizim üçün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsas həlli prinsipi BMT Təhlükəsizlik Şurasının qətnamələridir. Onlar isə bunu sammitin bəyannaməsinə daxil etmək istəmirdilər. Biz də buna etiraz etdik. Çünki BMT Təhlükəsizlik Şurasının qətnamələri ən önəmli hüquqi sənədlərdir və münaqişə də bu sənədlər əsasında həll olunmalıdır. Bununla belə, sonda razılıq əldə edildi ki, Azərbaycan da bəyannaməni imzalasın, lakin xüsusi rəylə. Mayın 25-də Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyinin əks olunduğu xüsusi bəyanat göndəriləcək. Bu bəyanat sammitin yekun sənədinə əlavə ediləcək, bununla da məsələ bitəcək».