
Bəylər Əyyubov vəzifədən azad edildi
Fərid Əsgərov Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi təyin olunub
Fərid Əsgərov Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi təyin olunub
Hansı müavinət və təqaüdlər və nə qədər artırıldı?
(İkinci yazı)
Prezidentin Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbriki
Alqışa layiq təşəbbüslər
Yeni Strategiyada nələr nəzərdə tutulacaq?
“Tədarüküm etdiyimiz məhsullarda qardaş ölkələrə üstünlük verəcəyik”
Ermənistan baş naziri: “Sülh sazişini imzalamaq imkanını əldə verməməliyik”
Sərəncam 219 nəfərə tətbiq olunub – SİYAHI
“Türk Dünyası Xartiyası” türk kimliyinin möhkəmləndirilməsi üçün birləşdirici çərçivədir
Azərbaycan Macarıstanın enerji təhlükəsizliyinə töhfə verir
Dövlət başçısını bir görənlər dönüb bir də baxırlar
Rusiyada böyük türk hərəkatı ideyası
Azərbaycan Prezidenti bir səfərdə alına bilinəcək maksimum nəticə əldə etdi
Azərbaycan–Avropa münasibətlərində yeni mərhələyə keçid
Prezident İlham Əliyev İlham Əliyev Antonio Koşta və Ursula Von der Leyenlə görüşüb
Bu ilin ilk 10 ayında Azərbaycanın Türk dövlətləri ilə ticarət dövriyyəsi rekord səviyyədə artıb. Ötən ilin eyni dövründə 5 Türk dövləti ilə 3 milyard 724 milyon 511 min dollar dövriyyəmiz olduğu halda bu ilin yanvar-oktyabr aylarında dövriyyə 63.4 faiz artaraq 6 milyard 83 milyon 252 min dollara çatıb. Bu müstəqillik illərinin ən böyük artımıdır.
Ticarət dövriyyəsinin artmasında Türkiyə ilə əlaqələrimiz xüsusi paya malik olsa da digər qardaş dövlətlər ilə də iqtisadi münasibətlərimiz ciddi şəkildə dərinləşib. Qazaxıstan ilə dövriyyəmiz bu müddətdə 5 dəfə artaraq 492 milyon 71 min dollara, Qırğızıstan ilə 18.3 faiz artaraq 8 milyon 969 min dollar, Özbəkistan 73.4 faiz artaraq 146 milyon 976 min dollara, Türkmənistan 6.8 dəfə artaraq 377 milyon 242 min dollara, nəhayət Türkiyə ilə 44.6 faiz artaraq 5 milyard 57 milyon 994 min dollara çatıb.
Ticarət dövriyyəsinin böyüməsi birbaşa Türk dövlətləri arasındakı münasibətlərin xüsusən son 2 ildə dərinləşməsi ilə bağlıdır. Azərbaycanın əldə etdiyi zəfərdən sonra Türk dövlətləri strateji əməkdaşlığı daha da gücləndiriblər. Azərbaycanın Türk dövlətləri ilə ticarət dövriyyəsinin yaxın illərdə 15 milyard dollaradək yüksəlməsi hədəflənir. Tanrı Türk dövlətlərini qorusun!