

Çarlz Mişelin Türkiyə ilə bağlı açıqlaması dünyanın gündəminə damğa vurdu
Rəsmi Budapeşt 5,8 milyard qrant qarşılığında Ukraynaya nəzərdə tutulan yardıma hə dedi
Günlərlə yeməksiz, susuz kazarmalarda saxlanılıb ...
Rəsmi Sofiyanın Şengen zonasına daxil olmaqdan imtina edilməsinə reaksiyası sərt oldu
Aİ Xorvatiyanın Şengen zonasına daxil olmasını təsdiqləyib
Rusiya Mərkəzi Bankı hesabat açıqladı
Avropa İttifaqı Rusiyaya 9-cu sanksiya paketini açıqladı
Netanyahunun qurduğu koalisiya qoca qitəni narahat edir
Mühacirləri izləmək və zorla ölkəyə qaytarmaq üçün fəaliyyətdə olublar
25 ölkədə keçirilən əməliyyatda 2500 nəfər həbs olunub
Rusiya neft ticarətində maksimum qiymətdən istifadəni qadağan etməyə hazırlaşır
Kremldən neft qiyməti qərarına etiraz
KOPE-nin son vəziyyəti və MAQATE ilə əməkdaşlıq müzakirə edilib
Ursula von der Leyen maksimum qiymət anlaşmasını dəyərləndirdi
Rusiya neftinə maksimum qiymət müəyyən edildi
Aİ komissiya sədri: “Ukraynada törədilənlərin araşdırılmasına kömək edəcəyik”
Avropa İttifaqı (Aİ) ölkələrinin daxili işlər nazirləri Çexiyanın sədrliyi yanında 2022-ci il və sonuncu Ədliyyə və Daxili İşlər Şurasının iclasında iştirak etmək üçün Brüsseldə bir araya gəlib. İclasın girişində mətbuata açıqlama verən Aİ Komissiyasının vitse-prezidenti Marqaritis Şinas nazirlərin Bolqarıstan, Rumıniya və Xorvatiyanın Şengenə qoşulmasını müzakirə edəcəklərini bildirib.
Şinas, komissiyanın hər üç ölkənin texniki cəhətdən buna hazır olduğu qənaətinə gəldiyini və “Qalan bir neçə tərəddüd siyasidir” dedi. Şinas nazirlərin Xorvatiyaya yaşıl işıq yandıracağına əmin olduğunu bildirib və danışıqların digər iki ölkə üçün müsbət olacağına ümid etdiyini bildirib.
Avstriya Bolqarıstan və Rumıniyanın Avropada Şengen vizasız zonasına daxil edilməsinə qarşıdır. Hollandiya isə təkcə Bolqarıstanın Şengenə girməsini istəmir.
Hər iki ölkə korrupsiya, sərhəd nəzarəti və qanunun aliliyi ilə bağlı narahatlıqlarını qeyd edir.
Bolqarıstan və Rumıniyanın üzvlüyünə dair səsvermə birlikdə keçiriləcək. Xorvatiya üçün ayrıca səsvermə keçiriləcək. Şengenin genişlənməsi hər bir üzv dövlətin yekdil səsini tələb edir.
Şengen zonası 26 Avropa ölkəsindən ibarətdir. 60-dan çox ölkənin vətəndaşları Şengen ölkələrinə vizasız gedə bilərlər. 100-dən çox ölkənin vətəndaşlarından viza tələb olunur.