Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
19:19 | 8 dekabr 2022 | Cümə axşamı
Məqaləyə 1512 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
Rusiya trilyon dollardan çox itki verib
Ermənistanda qutudan kim çıxacaq ...
Qorxaq, ikiüzlü, prinsipsiz demokratik “çoxluq seçimi” olanlar sivilizasiyanı batırır
Süni intellekt sayəsində tezliklə heç işləməyə bilərik
Çarlz Mişelin Türkiyə ilə bağlı açıqlaması dünyanın gündəminə damğa vurdu
Rəsmi Budapeşt 5,8 milyard qrant qarşılığında Ukraynaya nəzərdə tutulan yardıma hə dedi
Günlərlə yeməksiz, susuz kazarmalarda saxlanılıb ...
Rəsmi Sofiyanın Şengen zonasına daxil olmaqdan imtina edilməsinə reaksiyası sərt oldu
Xorvatiyanın üzvlüyə prəblem olmadığı halda, 1 ölkə Rumıniyanın, 2-si isə Bolqarıstanın əleyhinədir
Rusiya Mərkəzi Bankı hesabat açıqladı
Avropa İttifaqı Rusiyaya 9-cu sanksiya paketini açıqladı
Netanyahunun qurduğu koalisiya qoca qitəni narahat edir
Mühacirləri izləmək və zorla ölkəyə qaytarmaq üçün fəaliyyətdə olublar
25 ölkədə keçirilən əməliyyatda 2500 nəfər həbs olunub
Rusiya neft ticarətində maksimum qiymətdən istifadəni qadağan etməyə hazırlaşır
Avropa İttifaqı (Aİ) Xorvatiyanın vizasız səyahət zonası olan Şengenə qoşulmasını təsdiqləyib. Aİ-nin Dövriyyə Prezidenti Çexiyanın daxili işlər naziri Vit Rakusan və Aİ Komissiyasının daxili işlər üzrə məsul üzvü İlva Yohansson Aİ daxili işlər nazirlərinin görüşü zamanı mətbuata açıqlama veriblər. Rakusan bildirib ki, nazirlər Xorvatiyanın Şengen zonasına daxil olmasını təsdiqləyiblər.
Rumıniya və Bolqarıstanın Avstriyanın vetosu ilə rədd edilməsinə toxunan Rakusan, “Məncə Rumıniya və Bolqarıstan da Şengen üzvü olmağa hazırdır”, – deyib.
Yohansson buna görə məyus olduğunu bildirib və iki ölkə vətəndaşlarına müraciət edib.
“Siz həm də Şengen üzvü olmağa və sərbəst hərəkət etməyə layiqsiniz. Bir çox üzv dövlətlərin dəstəyini aldınız”. Yohansson iki ölkənin üzvlüyünün gündəmdə qalacağını vurğulayıb.
Son zamanlar sığınacaq üçün müraciətlərin əhəmiyyətli dərəcədə artdığı Avstriya, Bolqarıstan və Rumıniyadan gələnlərin qeyri-qanuni miqrasiyanı artıracağından narahatdır.
Şengenin genişlənməsi üzv dövlətlərin yekdil səsini tələb edir.
Çexiya, Estoniya, Macarıstan, Latviya, Litva, Malta, Polşa, Slovakiya və Sloveniya 2007-ci ildə Şengen zonasına qoşulub.
2008-ci ildə Aİ-nin üzvü olmayan İsveçrə də daxil edilib.
Xorvatiyanın qoşulması ilə 27 ölkənin üzv olduğu Şengen bölgəsinə 60-dan çox ölkənin vətəndaşları vizasız gedə bilər. 100-dən çox ölkənin vətəndaşlarından viza tələb olunur.